HomeОбразованиеRelated VideosMore From: Yaradilis Az

Ağıllı insanın baxışları necə olur?

125 ratings | 7548 views
Ağıllı insan özünə kənardan baxan, mənfi davranışlarını, mimikalarını müəyyən edib, düzəldən insandır. Bu cür insan baxışlarında müəyyən anormallıq olduğu zaman da bunu görüb, dərhal düzəldir. Bəsit insan isə özünü kənardan baxanın gözü ilə qiymətləndirə bilmir, yanlışları ona deyilsə belə, bunu heç cür anlamır. Çünki onun düşüncəsinə görə, bu baxış formaları normal, hətta adi insani reaksiyalardır. Əlbəttə ki, insan çox təəccübləndiyi zaman gözləri böyüyə, maraqlı bir şeylə qarşılaşdıqda gözündə buna dair ifadə yarana bilər. Ancaq burada nəzərdə tutulan bəsit insanların baxışlarındakı reaksiyaların qeyri-təbii olması və bunu xüsusi bir metod kimi istifadə etmələridir. Təəccüblənmədiyi halda, özünü təəccüblənmiş kimi göstərmək, lazımsız maraq səbəbindən gizli-gizli baxmaq, dedi-qodu edərkən ətrafı diqqətlə nəzərdən keçirmək… Bu insanlar ətrafa boş baxışlarla baxarkən Allahın“Gözlər Onu dərk etmir. O isə bütün gözləri dərk edir. O, Lətifdir, Xəbərdardır” (Ənam surəsi, 103) ayəsində bildirdiyi kimi, onların gözlərini gördüyünü unudurlar. Allah başqa bir ayədə isə “(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlədiyini bilir” (Mumin surəsi, 19) deyə buyurur və insanın həm gizlədiyi düşüncələrinin, həm də baxışlarının Allahdan gizli qalmadığına diqqət çəkir. Səmimi şəkildə Allaha iman gətirən, Allahın hər zaman ondan razı qalmasını istəyən insan hər cür bəsit baxışdan çəkinər, qəlbini və vicdanını həmişə təmiz saxlayar. Çünki din əxlaqına zidd olan və Allahın Quranda razı qalmadığını bildirdiyi bu bəsit davranışlar həmin insanın Allah Qatında gözlədiyi qarşılığı almasına mane ola bilər. Allaha qarşı səmimi olmağa qərar verən insan yaşadığı çirkli mühitdən və mühitin bəsit davranışlarından uzaqlaşıb, tövbə etməli və mənfi xüsusiyyətlərindən təmizləndiyini müsəlman əxlaqını yaşamaqdakı ciddi qərarlılığı ilə göstərməlidir.





Html code for embedding videos on your blog
Text Comments (0)

Would you like to comment?

Join YouTube for a free account, or sign in if you are already a member.