HomeОбразованиеRelated VideosMore From: Yaradilis Az

Bananın orqanizm üçün möcüzəvi faydaları

1392 ratings | 145461 views
Banan Quranda Cənnət meyvələri içində adı çəkilən meyvələrdən biridir. Cənnətin təsvir edildiyi bir ayədə Allah bu meyvədən belə bəhs edir: "Meyvələri salxım-salxım asılmış banan ağacları..." (Vaqiə surəsi, 29) Quranda əhəmiyyəti vurğulanan meyvələrin bir çox xəstəliklərin qarşısını aldığı və ya müalicəvi təsirinin olduğu bu gün elmi cəhətdən sübut edilmişdir. Məsələn, dünyada ən çox yeyilən meyvələrdən olan banan vitamin, zülal, mineral və amin turşuları ilə zəngindir. Tərkibində B1, B2, C, A və E vitaminləri və bol miqdarda kalium, dəmir, kalsium, fosfor, natrium və yod mövcuddur. Kalori dəyəri yüksək olan bananın tərkibində xolesterol yoxdur. B1 vitamini sayəsində orqanizmin infeksiyalardan qorunmasında mühüm rol oynayır, həmçinin sinir toxumalarının normal fəaliyyətinə kömək edir. Tərkibi 75 % su, 1.3 % zülal, 0.6 % yağ, müxtəlif karbohidratlar və kaliumdan ibarətdir. Banan bir çox xəstəliklərin müalicəsində, xüsusilə, yüksək temperatur, həzm problemləri, əzələ spazmı, əzələ boşalması kimi narahatlıqlar zamanı tövsiyə olunur. Qan təzyiqini aşağı salır. Banandan, həmçinin allergiyanın müalicəsində də istifadə edilir. Tərkibindəki kalium və natrium bədənin su balansını tənzimləyir, hüceyrə və əzələlərin inkişafını, ürək döyüntülərinin normal fəaliyyətini təmin edir. Qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Enerji istehsalına yardım edir. Stressə qarşı dözümlülük yaradır. Həmçinin anemiyanın bəzi növlərini müalicə edir. Banan ürək-damar xəstəliklərində də müalicəvi təsirə malikdir. Yorgunluğu və ishalı aradan qaldırır. Dünyadakı növbənöv meyvələr insanlar üçün həm mühüm qida mənbəyi, həm də şəfa qaynağıdır. Bir-birindən ləzzətli olan qidalar, eyni zamanda, insanların yaşaması üçün vacibdir. İndi isə yaşamağımız üçün lazım olan bu qidaların dadsız olduğunu və ya dadlarının xoşagəlməz olduğunu düşünək. Yaxud çox ləzzətli olmaqlarına baxmayaraq, zərərli olsaydılar... Ya da yalnız bir neçə növ qida olsaydı və insanlar bunlardan sadəcə həyatda qalmaq üçün faydalansaydı... Nə edərdik? Dünyada bu qədər çox nemətə sahib olmağımızın yeganə səbəbi Allahın insanlara olan lütfü və rəhmətidir. İnsan təkcə meyvələr haqqında düşünməklə də sahib olduğu sonsuz nemətləri dərk edə bilər. Heç yaradan yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksiniz? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm¬¬lidir. (Nəhl surəsi 17-18)





Html code for embedding videos on your blog
Text Comments (0)

Would you like to comment?

Join YouTube for a free account, or sign in if you are already a member.