HomeОбразованиеRelated VideosMore From: Yaradilis Az

Sevimli pandalar

44 ratings | 11077 views
Böyük oyuncağa bənzəyən bu heyvanları hamınız görmüsünüz. Bu sevimli heyvanların ancaq bambuk yediyini bilirdiniz? Məsələn, yetkin panda gündə 15 kiloqram bambuk yeyir. Bu da ildə 6 ton bambuk edir. Ona görə günün hər saatı yemək yeyirlər. Pandaların çox maraqlı bir xüsusiyyəti var. Bu canlıların bir dənə artıq barmağı var. Rəbbimiz pandalara altı barmaq verərək qidalarından möhkəm yapışmağa və asanlıqla yeməyə kömək edir. Pandalar həmişə soyuq nəm şəraitdə yaşayırlar. Ona görə balalarını mağara kimi yerlərdə doğurlar. Pandaların kiçik sevimli oyuncağa bənzəyən balaları doğulduqda kor və dişsiz olur. Əsasən sentyabr ayında doğulan balaların boyu 10 sm, çəkisi 141 qram olur. Çox tez böyüyən pandalar doğulduqda analarından 800 dəfə kiçik olurlar. Doqquz aylıq olduqda çəkiləri 27 kiloqram olur. Pandanın digər xüsusiyyəti də təcavüzkar olmamalarıdır. Sadəcə pəncələri ilə ağacları cırmaqlayırlar. Bunu da dırnaqlarını təmizləmək və itiləmək üçün edirlər. Qaçmaq üçün ağaclara dırmaşırlar. Panda çox sakit heyvandır, yatarkən insanların yaxınlaşdığını hiss etsə də, rahatlığını pozmadan yatmağa davam edir. Bu sevimli canlını bütün xüsusiyyətləri ilə birlikdə Allah yaradıb. Bir Quran ayəsində belə buyurulur: Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 17)





Html code for embedding videos on your blog
Text Comments (0)

Would you like to comment?

Join YouTube for a free account, or sign in if you are already a member.