HomeОбразованиеRelated VideosMore From: Yaradilis Az

Möminlərin əsl yurdu - Cənnət

119 ratings | 4367 views
http://www.mominlerineslyurducennet.com/ Həyatda ən çox nəyi istəyirsiniz? Yaxşı bir ev, gözəl paltarlar, zənginlik, bolluq, dəbdəbə... Yaxşı, sizə istədiyiniz hər şeyin həmin anda və əbədiyyətə qədər təmin ediləcəyi bir məkanın mövcud olması xəbər verilsə, bunu necə qəbul edərdiniz? Əlbəttə, çox həyəcanlanar və dərhal bu qüsursuz məkanı görmək istəyərdiniz. Belə bir məkanda yaşamağa, şübhəsiz ki, heç bir insanın etirazı olmazdı. İndi özünüz fikirləşin. İndiyə kimi sizə gözəlliklərin önünüzə gətiriləcəyi, saysız-hesabsız nemət və bolluqla qarşılaşacağınız bir məkanın mövcudluğundan heç bəhs edilməyibmi? Əlbəttə ki, bəhs edilib. Əslində, sizə və sizin kimi bütün insanlara bütün istədiklərinizin hazır olacağı bir həyatın "cənnət həyatının" mövcudluğu mütləq xəbər verilmişdir. Yer üzündəki hər bir insan öləndən sonra axirət həyatında əbədi cənnətin mövcud olması ilə bağlı məlumata malikdir. Cənnətə daxil olmağa layiq görülən hər bir insan nəfsinin istədiyi hər şeyi hazır tapacağı, mükafat və nemətlərlə qarşılanacağı, əbədiyyətə qədər gözəlliklər içində olacağı bənzərsiz bir məkanda yaşayacaq. Dünyada yaşadığı məhdud müddət isə bu gözəlliklərə qovuşması üçün ona verilən fürsətdir. Allah dünya həyatındakı imtahandan alnıaçıq çıxan saleh bəndələrinə bu gözəl yurdu, yəni cənnəti vəd etmişdir.





Html code for embedding videos on your blog
Text Comments (6)
Ziya Qədirov (5 months ago)
0:19-0:37-dəki şəkillər xalqı talayan prezident üçün, başda duran məmurlar, deputatlar və nazirlər üçün gəlsin!
Ziya Qədirov (5 months ago)
Əla videodur! Allah bizi qorusun!
ŞahNigar Əhlibeyt (5 months ago)
ilahi bizi ora layiq bil
Toğrul Talış (5 months ago)
ŞahNigar Əhlibeyt Elhemdulileh inwallahki əhlibeyti taniyan keslere cenete daxil olmaq nesib olar inwallah.
kamran fitnes club (6 months ago)
Tutuquşular... Kxemmm
Esmira Khambatova (4 years ago)
"Mömünlərin Əsl yurdu Cənnət" kitabını mp3 şəklində yükləyib dinləyə bilərsiniz inşaAllah..http://seslikitab.com.az/book/mominl%C9%99rin-%C9%99sl-yurdu-c%C9%99nn%C9%99t-2

Would you like to comment?

Join YouTube for a free account, or sign in if you are already a member.