HomeОбразованиеRelated VideosMore From: Yaradilis Az

Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınları geridə qoyduğu YALANI

181 ratings | 11821 views
Allah qadınları geridə qoyduğu kimi, siz də geridə qoyun! Əgər bir kimsənin bir kimsəyə səcdə etməyini əmr etsə idim, kişilərin qadınlar üzərində olan haqlarından dolayı, qadınların kişilərə səcdə etməyini əmr edərdim. (Səhihi-Buxari) İslamın əslindən uzaq, xurafatçı zehniyyətin əsrlərdir davam edən qadın düşmənçiliyi böyük bir kütləni Allaha və Peyğəmbərimizə (səv) böhtan atmaq həddinə gətirib-çıxarmışdır. Peyğəmbərimizin (səv) adından deyilən bu batil fikirlər azğın bir anlayışın İslam dini kimi tanıdımasına səbəb olmuşdur. Halbuki Quranın heç bir ayəsində Allahın qadınları, haşa, geridə qoyması anlayışı yoxdur. Əksinə, Allah Quranda qadın-kişi ayrı-seçkiliyi etmədən, “möminlər, iman gətirənlər, inananlar, istər qadın, istər kişi...” kimi xitablarla bütün inananlara eyni məsuliyyəti yükləmişdir. Məsələn, Allah Nisa surəsinin 95-ci ayəsində belə buyurur: Möminlərdən – üzrlülər istisna olmaqla – oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Lakin Allah mücahidləri oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi, 95) Ayədə müsəlmanların bütün həyatları boyu Allah yolunda fikri mübarizə aparmaqla mükəlləf olduqları ifadə edilmişdir. Lakin bu məsuliyyət qadın və kişilərə eyni ölçüdə verilmişdir. Allah “möminlər” xitabı ilə bu ibadəti həm kişi, həm də qadın müsəlmanlara buyurmuşdur. Əgər müsəlman qadın bu məsuliyyəti müsəlman kişilərə nisbətən lazımınca yerinə yetirsə, Allah Katında həmin kişilərdən daha üstün mövqedə olur. Lakin əgər müsəlman kişi yerinə yetirsə, təqvasına görə o, Allah Qatında digərlərindən daha üstün mövqedə olur. Göründüyü kimi, Quranda cinsiyyətə görə ayrı-seçkilik yoxdur. Qadınlarla bağlı saxta hədislər Quran hökmləri ilə və Quranda qadına verilən dəyərlə ziddiyyət təşkil edir. Müsəlmanlar Allahdan başqa heç nəyə səcdə etməzlər. Müsəlmanın itaət etdiyi və əmrinə tabe olduğu yeganə qüvvə Allah və Onun Peyğəmbəridir. Müsəlman qadın üçün həyat yoldaşı Allah rizası üçün sevdiyi, təqvasına əsasən hörmət və mərhəmət göstərdiyi aciz bir quldur. Yoldaşına sevgisi və hörməti onun Allaha olan vəfası, güclü imanı, Allah yolunda göstərdiyi qərarlılığı və şövqü ilə bağlıdır. Mömin qadın, xurafatçıların azğın zehniyyətində olduğu kimi, həyat yoldaşına sırf kişi olduğuna görə, kor-koranə hörmət göstərməz. Çünki evlilik müsəlmanlara görə, eyni zamanda, axirət üçün verilən sözdür. Müsəlman qadın ancaq axirətdə Allahın razı olacağını ümid etdiyi, gözəl əxlaqlı insana sevgi, hörmət və şəfqət hissi bəsləyə bilər.





Html code for embedding videos on your blog
Text Comments (0)

Would you like to comment?

Join YouTube for a free account, or sign in if you are already a member.