Home
Videos uploaded by user “Yaradilis Az” for the 2016
Almanın faydaları
 
05:11
Views: 37683 Yaradilis Az
Peyğəmbərimizin (səv) bu sözü də reallaşdı. Diqqət!!! Bəzi din alimləri bu hədisləri gizlədirlər!!!
 
04:22
Əbu Cəfər Muhəmməd b. Əli əl-Baqir (əleyhissəlam) buyurdu: … Dəməşq (Şam) kəndlərindən CABİYƏ ADLI YERDƏ BİNALAR YERLƏ BİR OLACAQ; DƏMƏŞQ (ŞAM) MƏSCİDİNİN SAĞ DİVARI UÇACAQ; ... RUM BÖLGƏSİNDƏKİ İĞTİŞAŞ...; TÜRK QARDAŞLAR GƏLƏRƏK ADAYA ENƏCƏKLƏR; VİRANA QALAN İLK YER DƏ ŞAM TORPAĞI OLACAQ... SONRA İRAQA DOĞRU HƏRƏKƏT ETMƏKDƏN BAŞQA MƏQSƏD GÜDMƏYƏCƏK; ... BU ZAMAN XORASAN (İRAN) TƏRƏFDƏN BAYRAQLAR GƏLƏCƏK VƏ MƏNZİLLƏRİ SÜRƏTLƏ QƏT EDƏCƏKLƏR... Muhammed b. İbrahim Nu’mânî, Kitâbü’l-Gaybe (Tahran, 1397), səh.279–282. Peyğəmbərimizin (səv) bu sözü gerçək oldu. Bir- Şam kəndlərindən Cabiyə adlanan yerdə binalar yerlə bir olacaq... Peyğəmbərimiz (səv) hz.Mehdinin (əs) zühur edəcəyi axırzamanda Şamın Cabiyə bölgəsində böyük dağıntıların olacağını, evlərin, binaların uçacağını söyləmişdir. İki- DƏMƏŞQ (ŞAM) MƏSCİDİNİN DİVARI UÇACAQ 2013-cü ildə Əsəd qüvvələrinin vurduğu raket zərbələri nəticəsində Şamdakı Əməvi məscidinin şərq divarı dağıldı. Gördüyünüz kimi, Peyğəmbərimiz (səv) 1400 il əvvəl bu divarın dağılacağını bildirib və 1400 il sonra bu hədisdə bildirilənlər eyni ilə baş verdi. Peyğəmbərimizin (səv) bu sözü də gerçək oldu. Üç- ... RUM BÖLGƏSİNDƏKİ İĞTİŞAŞ....; TÜRK QARDAŞLAR GƏLƏRƏK ADAYA ENƏCƏKLƏR;... 1400 illik bu hədisdə Peyğəmbərimiz (səv) açıq şəkildə Kiprdə iğtişaş düşəcəyini, daha sonra türklərin kömək məqsədi ilə adaya enəcəklərini bildirib. Həqiqətən də türklərlə rumlar arasındakı münaqişənin böyüməsi ilə 1974-cü ildə Türkiyə adaya hərəkat təşkil etdi. Ancaq bu gerçəklər də bəzi İslam alimləri tərəfindən ört-basdır edilir, Peyğəmbərimizin (səv) hədislərinin reallaşdığı müsəlmanlardan gizlədilir. Peyğəmbərimizin (səv) bu sözü də gerçək oldu. Dörd- VİRANA QALAN İLK YER DƏ ŞAM TORPAĞI OLACAQ... Yaxın Şərqdə ən çox virana qalan yer Peyğəmbərimizin (səv) xəbər verdiyi kimi Şam torpağı, yəni Suriyadır. Şam, Hələb, Hama, Lazkiyə kimi Suriya torpaqları Əsəd qüvvələri və müxaliflər arasında gedən döyüşlərdə yerlə yeksan oldu. Peyğəmbərimizin (səv) bu sözü də gerçək oldu. Beş- SONRA İRAQA DOĞRU HƏRƏKƏT ETMƏKDƏN BAŞQA MƏQSƏD GÜDMƏYƏCƏK İRAQ və ŞAM İSLAM DÖVLƏTİ İŞİD adı ilə ortaya çıxan qruplaşma əvvəlcə Suriyada qətliamlar törətdi. Daha sonra İraqla Suriya arasındakı sərhədi aradan qaldıraraq İraqa daxil oldu. İraqın ən böyük şəhərlərindən olan Tikrit və Mosulu ələ keçirdi. Bununla da Peyğəmbərimizin (səv) verdiyi bu mühüm xəbər də eyni ilə reallaşmış oldu. Peyğəmbərimizin (səv) bu sözü də gerçək oldu. Altı- ;... BU ZAMAN İRAN TƏRƏFDƏN BAYRAQLAR GƏLƏCƏK VƏ MƏNZİLLƏRİ SÜRƏTLƏ QƏT EDƏCƏKLƏR. ... İŞİD-in İraqa daxil olması ilə İran İŞİD-ə qarşı İraqa yardım etmək məqsədi ilə İraqa əsgər göndərmək qərarına gəldi. İrana məxsus “əl-Qüds” adlı 150 nəfərlik xüsusi təyinatlı dəstə böyük peşəkarlıqla İraqa daxil oldu. Gördüyünüz kimi, Peyğəmbərimiz (səv) yaşadığımız dövrdə baş verən bu böyük hadisələrin ardıcıllığını belə bildirib. Ancaq bir çox İslam alimi bu gerçəkləri müsəlmanlardan gizlədir. Biz də dövrümüzdə baş verən və hz.Mehdinin (əs) zühur əlamətlərindən olan bu hədisləri insanlardan gizlədənlərdən bu hərəkətlərini Allaha və müsəlmanlara necə izah edəcəklərini soruşuruq.
Views: 250556 Yaradilis Az
Tırtıl kəpənəyə necə çevrilir?
 
01:59
Tırtıllar dünyaya gəldikləri andan etibarən o qədər çox tut yaprağı yeyirlər ki, sürfə dövründən 25 gün keçməsinə baxmayaraq, öz çəkilərinin 10000 qatı ağırlığa çatırlar. Qabığını dəyişən tırtıl ipək toxuyur, barama sarıyır və müntəzəm hərəkətlərlə onu bədəninə dolayaraq içərisində puplaşır. Bu dövrdə hüceyrələr bölünür və tamamilə fərqli bir bədən formalaşdırırlar. Tırtıl iki müxtəlif canlıya aid genetik məlumata sahibdir. Belə ki, barama dövründən sonra tırtılı kəpənəyə çevirən genlər aktivləşir. Bundan sonra bütün sistemi tırtıldan tamamilə fərqlənən, göz oxşayan rənglərə, naxışlara, qüsursuz simmetriyaya malik mükəmməl canlı – kəpənək yaranır. Bəs, görəsən, tırtıl iki fərqli canlıya aid genetik kod daşıdığından xəbərdardır? Bu bənzərsiz çevrilmə prosesini özü idarə edir? Əlbəttə ki, nə canlının özü, nə də təsadüflər mükəmməl yaradılışa malik olan kəpənəyi yarada bilər. Bu heyrətamiz canlı hər şeyin hakimi, sonsuz güc sahibi Uca Allahın əsəridir.
Views: 8645 Yaradilis Az
Ürək döyüntülərimiz birdən-birə niyə və necə sürətlənir?
 
01:33
Adi vəziyyətdə dəqiqədə 75 dəfə vuran ürəyimiz güc sərf etdikdə, gərginlik zamanı, temperaturumuz qalxanda və buna bənzər hallarda əlavə qana ehtiyac duyduğu üçün sinus düyünü (ürəyin döyünmə sürətini tənzimləyən hüceyrə qrupu) ürəyin ritmini artırır. Beləliklə, əlavə qan nəql edilir. Simpatik sinirlər də damarları daraldaraq qan təzyiqini artırır. Eyni zamanda böyrəküstü vəzi adrenalin və noradrenalin hormonları ifraz edərək ürəyin döyünmə sürətini artırır. Qalxanabənzər vəzidən ifraz olunan tiroksin hormonu isə maddələr mübadiləsini sürətləndirərək ürəyin fəaliyyətinə təsir göstərir və ürəyin sürəti dincəlmə vəziyyətinə nisbətən 5 dəfə artır. Bu qədər mürəkkəb və çox böyük ağıl tələb edən proseslərin qüsursuz və nizamlı şəkildə baş verməsi uca Allahın elmini təzahür etdirən saysız-hesabsız nümunələrdən sadəcə biridir. Quranda belə bildirilir: “…Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?” (Ənam surəsi, 80)
Views: 32693 Yaradilis Az
Hz. Mehdi (əs) nə zaman gələcək?
 
04:14
Hz. Mehdi (əs) nə zaman gələcək? - HƏMİN DÖVRDƏ FİTNƏLƏR ARTACAQ Qiyamət yaxınlaşdığı zaman və MÖMİNLƏRİN QƏLBİ ÖLÜM, ACLIQ, FİTNƏLƏR, SÜNNƏLƏRİN YOX OLMASI, BİDƏTLƏRİN ORTAYA ÇIXMASI, YAXŞILIĞI ƏMR EDİB, PİSLİKDƏN ÇƏKİNDİRMƏ İMKANLARININ YOX OLMASI KİMİ SƏBƏBLƏRDƏN ZƏİFLƏDİYİ ZAMAN Cənabi-Haqq mənim övladlarımdan Hz. Mehdi (əs) ilə sünnələri əhya edər..." (Kitabül-Burhan Fi Əlaməti-il Mehdiyy-il Axırzaman, səh. 66) MƏĞRİBDƏ (QƏRBDƏ) QARIŞIQLIQLAR, FİTNƏLƏR VƏ QORXU OLACAQ... FİTNƏLƏR ARTACAQ. (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, səh.440) - HƏR KƏSİN XİLASKAR İSTƏDİYİ BİR ZAMANDA GƏLƏCƏK Cəfər Sadiq belə buyurur: "İNSANLAR HƏR YERDƏ (XİLASKAR) AXTARMAĞA BAŞLAYAR. ONDAN BAŞQASINI TAPMADIQDA YENƏ ONA (HZ. MEHDİYƏ (ƏS)) DOĞRU QAÇARAQ GƏLƏRLƏR." (Biharül-Ənvar, cild 52, səh. 326) -HƏMİN DÖVRDƏ MÜSƏLMANLARIN MƏNƏVİ LİDERİ YOXDUR Əbu Said Peyğəmbərin (səv) belə buyurduğunu rəvayət edir: "Axırzamanda ümmətimə sultanlar tərəfindən şiddətli bir bəla gələcəkdir. Elə bir bəla ki, ondan daha şiddətlisi görülməmişdir. Belə ki, geniş yer üzü onlara dar gələcək və zülmlə dolacaqdır. MÖMİNLƏR BU ZÜLMDƏN QURTULMAQ ÜÇÜN SIĞINACAQ VƏ BİR XİLASKAR TAPA BİLMƏYƏCƏKLƏR..." (Əl-Bəyan, səh. 72, Əs-Səvaiqül-mühriqə, səh. 161, Yənabi-ul Məvəddə, cild 2, səh. 177) ONUN ZÜHUR EDƏCƏYİ İL İNSANLAR HƏCCƏ BAŞLARINDA BİR ƏMİR (Müsəlmanların mənəvi lideri) OLMADAN GEDƏCƏKLƏR... (Muhəmməd B. Rəsul Al-Hüseyni Əl Bərzənci, Qiyamət Əlamətləri, "Pamuk" nəşriyyatı, səh. 168-169) - DÜNYAYA ZALIM RƏHBƏRLƏR HAKİM OLACAQ Rəsulullah (səv) belə buyurmuşdur: "Ümmətimə elə bir zaman gələcək ki, RƏHBƏRLƏRİ ZALIM, alimləri tamahkar və təqvasız olacaqdır..." (Biharül-Ənvar, cild 23, səh. 22) - MÜSƏLMANLAR ARASINDA MÜHARİBƏLƏR OLACAQ "Bəli, nəfsim əlində olan Allaha and içirəm ki, SİZ O FİTNƏ ZAMANINDA QALXIB BİR-BİRİNİZİN BOYUNLARINI BURAN İLANLAR HALINA GƏLƏCƏKSİNİZ" - buyurdu. (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, səh. 368, no. 672) İKİ BÖYÜK İSLAM ORDUSU BİR-BİRİ İLƏ MÜHARİBƏ ETMƏDİKCƏ Qiyamət qopmayacaqdır. (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, səh. 454, no.831) - HEYVANLARA İNSANLARDAN DAHA ÇOX DƏYƏR VERİLƏCƏK Qiyamət yaxınlaşdıqda İNSAN KÖPƏK BALASI SAXLAYACAQ. BU İŞİ ONA ÖZ UŞAĞINI BÖYÜTMƏKDƏN DAHA YAXŞI GƏLƏCƏK. (Təbərani, Hakim) - İNSANLARIN ARASINDA SEVGİ VƏ HÖRMƏT AZALACAQ BÖYÜKLƏR KİÇİKLƏRƏ MƏRHƏMƏT ETMƏDİKDƏ, KİÇİKLƏR DƏ BÖYÜKLƏRİNƏ HÖRMƏT GÖSTƏRMƏDİKDƏ, UŞAQLAR ƏSƏBİ OLDUQDA Qiyamət yaxınlaşacaqdır. (Ölüm Qiyamət və Diriliş, səh. 480) BÖYÜYƏ HÖRMƏT, KİÇİYƏ MƏRHƏMƏT ARADAN QALXACAQ. (Qiyamət Əlamətləri, səh.140) - ALLAH MÜSƏLMANLARIN ÜZƏRİNDƏKİ BƏLALARI HZ.MEHDİ (ƏS) VƏSİLƏSİLƏ ARADAN QALDIRACAQ Allah Konstantinopolu (İstanbulu) çox sevdiyi dostlarının əli ilə fəth edəcək...ONLARDAN XƏSTƏLİYİ VƏ ÜZÜNTÜNÜ QALDIRACAQ. (Qiyamət Əlamətləri, Bərzənci, səh. 181)
Views: 31522 Yaradilis Az
Hz. Mehdinin (əs) fiziki xüsusiyyətləri
 
02:39
İrəliləyən yaşlarda da gənc insan görünüşündə olacaq ..Vəd edilmiş qaim (Hz. Mehdi (əs)) İRƏLİ YAŞLARDA, AMMA GƏNC SURƏTDƏ ZÜHUR EDƏCƏK. (Biharül-ənvar, cild 52, səh. 32; İsbat-ul Hudat, cild 6, s. 19) Uzun ömürlü və GƏNC ÜZLÜDÜR. Onu görən 40 yaşlı bir kişi olduğunu düşünər və bir işarəsi də ALLAHIN ƏMRİ GƏLƏNƏ QƏDƏR YAŞLANMAYACAĞIDIR. (Kemalüddin, səh. 625 və Müntehabül Ezhar, 2-ci Cild, səh. 284) Görünüşü ilə İsrailoğullarına bənzəyəcək Abdullah b. Harris belə deyir: "Hz. Mehdi (əs) qırx yaşında qiyam edəcək və (görünüş baxımından) İSRAİLOĞULLARINA BƏNZƏYƏCƏKDİR." (Kitab-ul Havi li'l Feteva, cild 2, səh. 135) "Hz. Mehdi (əs) mənim nəvələrimdəndir. ... RƏNGİ ƏRƏBLƏRƏ (QIRMIZIMTIL AĞ), bədəni İSRAİLOĞULLARINA BƏNZƏYƏR..." (əl-Bəyan fi Əxbari Sahib-üz Zaman) Orta boyludur Mehdi (əs) ORTA BOYLU olacaqdır. (Qiyamət Əlamətləri Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh.41) Burnunun orta hissəsində nəzərə çarpmayan bir çıxıntı var (Hz. Mehdinin (əs)) Burnu kiçikdir və TAM KÖRPÜ HİSSƏSİNDƏ ÇOX KİÇİK BİR ÇIXINTISI VARDIR." (Biharül-ənvar, cild 13) Alnı açıq və genişdir (Hz. Mehdinin (əs))... ALNI GENİŞDİR... (Biharül-ənvar, cild 13) ONUN ALNI GENİŞ, burnu isə incə olacaqdır. (Tırmizi, Büyük Hadis Külliyatı, Rudani, 5. Cild, səh. 365) Mehdi məndəndir... AÇIQ ALINLIDIR. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 21) Qıyıq gözlüdür Humran ibn Ayan deyir ki: “İmam Muhəmməd Baqir əleyhissalama belə ərz etdim: ... Mehdinin GÖZLƏRİ QIYIQDIR...” ( Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 252) Yaşıl gözlüdür O (HZ. MEHDİ (Ə.S.)) YAŞIL GÖZLÜ (ƏKHALU'L AYNƏYNİ) ... bir gəncdir... (Mehdi ilə bağlı olan xəbərlər, (Nurul Əbsar) Əhl-i Beyt & On iki İmam, Qütblər və Təriqət İmamlarının Mənkubələri Şəblənci (1250), Tərcümə: Saim Güngör, (Pamuk Nəşriyyat, Aprel 2004, cild: 628 77 93) s. 588-589) O (HZ. MEHDİ) YAŞIL GÖZLÜ (AYNU'L HADRA), hilal qaşlı, dik burunlu, sıx saqqallı, sağ yanağına doğru saqqalsız bir gəncdir. (Mehdi ilə əlaqədar gələn xəbərlər, (Nurul Əbsar) Əhl-i Beyt & On iki İmam, Qütblər və Təriqət İmamlarının Mənkubələri Şəblənci (1250), Tərcümə: Saim Güngör, (Pamuk Nəşriyyat Aprel 2004 Cild: 628, 77, 93)
Views: 1979 Yaradilis Az
Ağıllı insanın baxışları necə olur?
 
02:52
Ağıllı insan özünə kənardan baxan, mənfi davranışlarını, mimikalarını müəyyən edib, düzəldən insandır. Bu cür insan baxışlarında müəyyən anormallıq olduğu zaman da bunu görüb, dərhal düzəldir. Bəsit insan isə özünü kənardan baxanın gözü ilə qiymətləndirə bilmir, yanlışları ona deyilsə belə, bunu heç cür anlamır. Çünki onun düşüncəsinə görə, bu baxış formaları normal, hətta adi insani reaksiyalardır. Əlbəttə ki, insan çox təəccübləndiyi zaman gözləri böyüyə, maraqlı bir şeylə qarşılaşdıqda gözündə buna dair ifadə yarana bilər. Ancaq burada nəzərdə tutulan bəsit insanların baxışlarındakı reaksiyaların qeyri-təbii olması və bunu xüsusi bir metod kimi istifadə etmələridir. Təəccüblənmədiyi halda, özünü təəccüblənmiş kimi göstərmək, lazımsız maraq səbəbindən gizli-gizli baxmaq, dedi-qodu edərkən ətrafı diqqətlə nəzərdən keçirmək… Bu insanlar ətrafa boş baxışlarla baxarkən Allahın“Gözlər Onu dərk etmir. O isə bütün gözləri dərk edir. O, Lətifdir, Xəbərdardır” (Ənam surəsi, 103) ayəsində bildirdiyi kimi, onların gözlərini gördüyünü unudurlar. Allah başqa bir ayədə isə “(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlədiyini bilir” (Mumin surəsi, 19) deyə buyurur və insanın həm gizlədiyi düşüncələrinin, həm də baxışlarının Allahdan gizli qalmadığına diqqət çəkir. Səmimi şəkildə Allaha iman gətirən, Allahın hər zaman ondan razı qalmasını istəyən insan hər cür bəsit baxışdan çəkinər, qəlbini və vicdanını həmişə təmiz saxlayar. Çünki din əxlaqına zidd olan və Allahın Quranda razı qalmadığını bildirdiyi bu bəsit davranışlar həmin insanın Allah Qatında gözlədiyi qarşılığı almasına mane ola bilər. Allaha qarşı səmimi olmağa qərar verən insan yaşadığı çirkli mühitdən və mühitin bəsit davranışlarından uzaqlaşıb, tövbə etməli və mənfi xüsusiyyətlərindən təmizləndiyini müsəlman əxlaqını yaşamaqdakı ciddi qərarlılığı ilə göstərməlidir.
Views: 7875 Yaradilis Az
GİZLƏDİLƏN MÖCÜZƏ - BİR ORDUNUN SƏHRADA YOXA ÇIXMASI
 
01:48
BİR ORDUNUN SƏHRADA YOXA ÇIXMASI Bir ordu döyüşmək üçün yola çıxar, səhraya girdikdən sonra öndəkilər və arxadakılar batar, ortadakılar da xilas ola bilməz. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud'dan; Geleceğin Tarihi 4, səh.30) ...Ona bir ordu göndəriləcək. Bunlar səhrada ikən yerə batırılacaqlar. (Müslim'den; Geleceğin Tarihi 4, səh.31) 2003-cü ildə baş verən İraq müharibəsi zamanı İraq ordusunun böyük hissəsinin birdən-birə yoxa çıxması müharibənin ən diqqət çəkən hadisələrindən biri idi. Bir çox televiziya və qəzetlərdə İraqın 60 min nəfərlik Respublika Mühafizəçiləri və Fədailər adlanan təxminən 15 min nəfərlik əsgərinin yoxa çıxması ilə bağlı xəbərlər yer aldı. Qeyd edilən hədislərdə bu mövzuya diqqət çəkilməsi hz.Mehdinin gəliş əlamətlərindən biri olan “bir ordunun batması” hadisəsinin reallaşdığını göstərir. Belə ki, növbəti günlərdə də döyüş təyyarələrinin bir hissəsinin səhrada qumların altına basdırılmış şəkildə tapılması hədisdə bəhs edilən hadisənin İraq ordusu ilə bağlı olma ehtimalını gücləndirir. Ən doğrusunu Allah bilir.
Views: 5557 Yaradilis Az
ŞÜUR VƏ SİRLƏRİ
 
03:29
İnsanı bütün digər canlı və cansız varlıqlardan fərqləndirən şüur sahibi olmasıdır. Bəs şüurumuzun mənbəyi nədir? Əgər cavabınız "beyin" dirsə, yanılırsınız. Çünki beynimiz də stol və ya stəkan kimi atomlardan ibarətdir. Stolun atomları kimi beyninizdəki atomlar da düşünə bilməz. Aydın olur ki, şüurumuzun mənbəyi maddə yox, fərqli bir varlıqdır, yəni ruhdur. Ruhi vəziyyətin beyindən qaynaqlandığına inanan materialistlər beyinin quruluşu öyrənildikcə daha da çıxılmaz vəziyyətə düşürlər. Müasir dövrdə beyində bütün hissələrə aid mərkəzlər təyin edilə bilir.. Lakin şüura və ona bağlı xüsusiyyətlərə aid hissə beyində yoxdur. Beyinlə bağlı araşdırmaları ilə tanınan beyin cərrahı Ualder Penfild (Wilder Penfield) illərlə davam edən fəaliyyətlərindən sonra ruhun varlığının inkaredilməz həqiqət olduğu qənaətinə gəlmişdir: "… Ağılı illərlə yalnız beyinin bir funksiyası olaraq açıqlamağa çalışdıqdan sonra insanın varlığımızın iki mühüm ünsürdən meydana gəldiyini müdafiə edən fərziyyəni mənimsəməsinin daha məntiqli olduğu nəticəsinə gəldim... Ağılı beyində baş verən sinir prosesləri əsasında açıqlamağın qeyri-mümkün olduğu qəti şəkildə göründüyü üçün varlığımızın iki mühüm ünsür (maddə və ruh) baxımından açıqlanmalı olduğu tezisini seçmək məcburiyyətində qalıram." Nobel mükafatı almış Oksford Universitetindən elm adamı Roger Penroz (Roger Penrose) şüur və davranışların yalnız maddənin bir funksiyası olduğunu düşünənlərə cavab olaraq belə deyir: " Kiməsə şəxsiyyət qazandıran nədir? Bir yerə qədər bədənini meydana gətirən atomlardırmı? İnsanın şəxsiyyəti atomları əmələ gətirən elektron, proton və digər hissəciklərin azad seçiminə bağlıdır? Bunun belə olmadığını göstətən ən az iki səbəb var: Birincisi, yaşayan hər kəsin bədənini meydana gətirən material daim dəyişir... Doğulduqdan sonra hər bir hüceyrənin və bədənimizi meydana gətirən maddələrin, demək olar ki, hamısı dəfələrlə dəyişmişdir. İkinci səbəbi isə kvant fizikası açıqlayır.... Əgər kiminsə beynindəki bir elektron kərpicin bir elektronu ilə dəyişdirilsəydi, sistem əvvəlki ilə tamam eyni olardı... Eyni vəziyyət protonlar və bütün digər hissəciklər üçün də etibarlıdır. Əgər kiminsə bədənindəki bütün maddə bu evin kərpiclərinin uyğun hissəcikləri ilə dəyişdirilsəydi, sözün əsl mənasında heç bir fərq olmazdı." İnsanı insan edən xüsusiyyətlərin maddədən qaynaqlanmadığı,bundan asılı olmayan başqa bir varlığın, yəni ruhun mövcudluğu açıq həqiqətdir.
Views: 2999 Yaradilis Az
Ana südünün möcüzəvi tərkibi
 
03:23
Ana südü körpənin qida ehtiyacını tam təmin etmək və körpəni infeksiyalardan qorumaq üçün Allahın yaratdığı bənzərsiz maddədir. Məlumdur ki, ana südünün tərkibində çoxlu fermentlər, vitaminlər, nukleotidlər və antitellər var. Ancaq son dövrlərdə elm adamları süddə yeni zülal tapıblar. Ana südünün tərkibində əsas zülal olan alfa-laktalbumin adlı bu zülal ana südünə inək südü ilə müqayisədə daha üstün xüsusiyyət qazandırır. Çünki inək südündə bu zülalın bənzəri olan beta-laktoqlobulin körpənin bədəninə allergik təsir göstərir. Alfa-laktalbumin zülalı isə normal halda hamiləliyin son dövrlərində və süd vermə dövründə hasil edilir. Bu zülal südün tərkibindəki laktoza adlanan şəkərin sintezlənməsinə kömək edir və körpənin rahat yatmasını və stresinin azalmasını təmin edir. Eyni zamanda bu zülal körpənin mədəsinə daxil olduqda xüsusi köməkçi zülal olan olein turşusu ilə birləşir. Olein turşusu OMEGA 9 (zeytun yağının əsas komponenti) adlanan yağ turşusudur. Qan təzyiqini aşağı salır və beyinə zərər verən ölümcül xəstəliklərinin qarşısını alır. Ancaq alfa-laktalbumin və olein turşusu birləşdikdə möcüzə baş verir və Hamlet adlanan, bədxassəli şişləri məhv edən alfa-laktalbumin zülalını əmələ gətirirlər. Tədqiqatlar nəticəsində haqqında yüzlərlə məqalə dərc olunan ana südünün körpələri xərçəngdən qoruduğu sübut edilib, lakin bunun mexanizmi hələ tam aşkar edilməyib. Ancaq körpənin mədəsində əmələ gələn bu mürəkkəb zülal 40 müxtəlif növdə bədxassəli şiş hüceyrəsini öldürür. Bu zülal hüceyrə divarına hücum edir, içəriyə daxil olub xərçəng hüceyrələrini birləşdirdikdən sonra yarım saat ərzində onların formasını dəyişdirməyə başlayır və 6 saat ərzində öldürür. Ancaq bu zülalın maraqlı cəhəti sağlam hüceyrələri ayırd etməsidir. Elm adamları bu zülalın xərçəng hüceyrəsini necə tanıdığını tam olaraq anlaya bilmirlər. Ağlı və şüuru olmayan hüceyrələrin sağlam hüceyrələrlə xərçəng hüceyrələrini ayırd etmələri, əlbəttə, mümkün deyil. Bu hüceyrələr Allahın ilhamı ilə hərəkət edərək hüceyrələri ayırd edirlər. Maraqlıdır ki, bu zülalı təşkil edən alfa-laktalbuminin və olein turşusunun təkbaşına xərçəngi məhv etmə xüsusiyyəti yoxdur. Alfa-laktalbumin və yağ turşusu ana südündə təbii şəkildə mövcuddur. Ancaq xərçəngi məhv edən hamlet zülalına çevrilmək üçün körpənin mədəsində birləşməlidirlər. Allahın xəstəlikdən əvvəl müalicəsini yaratması və bütün bu molekulları körpənin içdiyi südün içinə yerləşdirməsi, əlbəttə, böyük möcüzədir. Ana südündəki zülal, yağ turşusu və körpənin mədəsindəki fermentlər eyni zamanda yaradılmasa, xərçəng hüceyrələrini məhv edən xüsusiyyətləri aradan qalxar. Şübhəsiz ki, bu, Allahın qüsursuz yaratma sənətinin ən gözəl nümunələrindən biridir. Bir ayədə belə buyurulur: Bir şeyi istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)
Views: 1494 Yaradilis Az
Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınları geridə qoyduğu YALANI
 
03:19
Allah qadınları geridə qoyduğu kimi, siz də geridə qoyun! Əgər bir kimsənin bir kimsəyə səcdə etməyini əmr etsə idim, kişilərin qadınlar üzərində olan haqlarından dolayı, qadınların kişilərə səcdə etməyini əmr edərdim. (Səhihi-Buxari) İslamın əslindən uzaq, xurafatçı zehniyyətin əsrlərdir davam edən qadın düşmənçiliyi böyük bir kütləni Allaha və Peyğəmbərimizə (səv) böhtan atmaq həddinə gətirib-çıxarmışdır. Peyğəmbərimizin (səv) adından deyilən bu batil fikirlər azğın bir anlayışın İslam dini kimi tanıdımasına səbəb olmuşdur. Halbuki Quranın heç bir ayəsində Allahın qadınları, haşa, geridə qoyması anlayışı yoxdur. Əksinə, Allah Quranda qadın-kişi ayrı-seçkiliyi etmədən, “möminlər, iman gətirənlər, inananlar, istər qadın, istər kişi...” kimi xitablarla bütün inananlara eyni məsuliyyəti yükləmişdir. Məsələn, Allah Nisa surəsinin 95-ci ayəsində belə buyurur: Möminlərdən – üzrlülər istisna olmaqla – oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Lakin Allah mücahidləri oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi, 95) Ayədə müsəlmanların bütün həyatları boyu Allah yolunda fikri mübarizə aparmaqla mükəlləf olduqları ifadə edilmişdir. Lakin bu məsuliyyət qadın və kişilərə eyni ölçüdə verilmişdir. Allah “möminlər” xitabı ilə bu ibadəti həm kişi, həm də qadın müsəlmanlara buyurmuşdur. Əgər müsəlman qadın bu məsuliyyəti müsəlman kişilərə nisbətən lazımınca yerinə yetirsə, Allah Katında həmin kişilərdən daha üstün mövqedə olur. Lakin əgər müsəlman kişi yerinə yetirsə, təqvasına görə o, Allah Qatında digərlərindən daha üstün mövqedə olur. Göründüyü kimi, Quranda cinsiyyətə görə ayrı-seçkilik yoxdur. Qadınlarla bağlı saxta hədislər Quran hökmləri ilə və Quranda qadına verilən dəyərlə ziddiyyət təşkil edir. Müsəlmanlar Allahdan başqa heç nəyə səcdə etməzlər. Müsəlmanın itaət etdiyi və əmrinə tabe olduğu yeganə qüvvə Allah və Onun Peyğəmbəridir. Müsəlman qadın üçün həyat yoldaşı Allah rizası üçün sevdiyi, təqvasına əsasən hörmət və mərhəmət göstərdiyi aciz bir quldur. Yoldaşına sevgisi və hörməti onun Allaha olan vəfası, güclü imanı, Allah yolunda göstərdiyi qərarlılığı və şövqü ilə bağlıdır. Mömin qadın, xurafatçıların azğın zehniyyətində olduğu kimi, həyat yoldaşına sırf kişi olduğuna görə, kor-koranə hörmət göstərməz. Çünki evlilik müsəlmanlara görə, eyni zamanda, axirət üçün verilən sözdür. Müsəlman qadın ancaq axirətdə Allahın razı olacağını ümid etdiyi, gözəl əxlaqlı insana sevgi, hörmət və şəfqət hissi bəsləyə bilər.
Views: 11821 Yaradilis Az
Hər hadisədə xeyir var
 
02:56
“... ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Nisa surəsi,19) “...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” (Bəqərə surəsi, 216) Möminlər bu sirri bildikləri üçün qarşılaşdıqları hər hadisədə xeyir və gözəllik axtarırlar. Tərslik, çətinlik kimi görünən heç bir hadisə onları kədərləndirmir. Səmimi müsəlman həyatı boyu zəhmətlə əldə etdiyi bütün malını itirsə belə, bunda xeyir və hikmət axtarır. Məsələn, sağlamlığı üçün, Allahın onu bir pislikdən, haramdan, acgözlük edərək Onun yolundan azmaqdan qoruduğu üçün şükür edir. Çünki insan dünya həyatında hər nə itirsə də, bu itki axirətdə yaşanacaq sonsuz peşmançılıq və kədər qədər ağır olmaz. İnsan yalnız böyük və vacib məsələlərdə yox, həyatının hər anında, hər hadisədə hikmət axtarmalıdır. Məsələn, hazırladığı yeməyi yandıran birisi üçün yeməyin yanması onun daha diqqətli olmasına və gələcəkdə daha böyük qəzaların baş verməsinin qarşısının alınmasına vəsilə olur. Əgər insan çox hazırlaşdığı halda, universitetə daxil ola bilmirsə, bu hadisədə də xeyir olduğunu bilməlidir. Bəlkə də, Allah bu yolla onu universitetdə qarşılaşacağı bəzi təhlükələrdən, həyatına mənfi təsir edəcək insanlardan qorumuşdur. İnsan hər zaman hadisələrin ardındakı xeyir və hikmətləri görməyə bilər. Ancaq görməsə belə, mütləq bir xeyir olduğunu düşünürək Allahın ona bu hikmətləri göstərməsi üçün dua etməlidir. Hər hadisənin xeyirlə yaradıldığını bilən insan “kaş ki”, “niyə belə oldu” kimi sözlər işlətməzlər. Səhvlərin, əskikliklərin, unutqanlıqların və ya tərslik kimi görünən hər bir hadisənin qədərində olduğunu bilər. Allah hər kəs üçün xüsusi yaratdığı qədərdə onlara çox vacib dərslər verir və hikmətli xatırlatmalar edir. Bir sözlə, hadisələri ağılla dəyərləndirən insan üçün əskikliklər, unutqanlıqlar, tərsliklər yox, Allah Qatından bir dərs, xəbərdarlıq və xeyir var. Unudulmamalıdır ki, insan dünyada nə ilə qarşılaşsa da, o hadisə müvəqqətidir. İnsan həyatındakı ən çətin, qorxulu günü düşünsə, bunun zehnində qalmış bir xatirədən ibarət olduğunu görəcəkdir. Eynilə izlədiyi film səhnələri kimi... Həmin hadisədən geriyə yalnız bir şey sonsuzadək qalır: həmin insanın çətin zamanında göstərdiyi əxlaq və Allahın ondan nə qədər razı qaldığı.. İnsan yaşadıqlarından yox, həmin an göstərdiyi əxlaq, düşüncə və səmimiyyətindən sorğuya çəkiləcəkdir. Hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və Allaha təvəkkül etmək möminlərin dünya və axirətdə böyük qazanc əldə etməsinə vəsilə olur. Bu sirri bilən möminlər dünyada və axirətdə qorxu və kədər yaşamırlar. Allah bu sirri Quranda belə bildirir: Biz dedik: “Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə (axirətdə) heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 38) Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus surəsi, 62-64)
Views: 1256 Yaradilis Az
YUPİTERİN həyat üçün əhəmiyyəti
 
03:12
Yer planetinin Günəş sistemindəki və kosmosdakı yeri Allahın qüsursuz yaratmasının dəlillərdəndir. Son astronomik kəşflər sistemdəki digər planetlərin mövcudluğunun Yerin təhlükəsizliyi və orbiti baxımından böyük əhəmiyyət daşıdığını göstərir. Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter Yerin tarazığını təmin edir. Astrofiziki hesablamalar Yupiterin mövcudluğunun həm Yer, həm də sistemdəki digər planetlərin orbitinin sabitliyini təmin etdiyini ortaya çıxarmışdır. Yupiterin Yeri qoruyan ikinci funksiyasını isə planetoloq Corc Veteril (George Wetherill) "Yupiter nə qədər xüsusidir?" adlı məqalədə belə açıqlayır: Əgər Yupiterin mövcud olduğu yerdə bu ölçüdə planet olmasa idi, Yer planetlərarası boşluqda hərəkət edən meteoridlərə və quyruqlu ulduzlara təqribən 1000 dəfə çox hədəf olardı... Əgər Yupiter olduğu yerdə olmasa idi, hal-hazırda Günəş sisteminin mənşəyini araşdırmaq üçün biz də var olmazdıq. (G.W. Wetherill, "How Special is Jupiter?", Nature, vol. 373, 1995, s. 470) Bir sözlə, Günəş sistemi quruluşu və bütün detalları ilə canlılar üçün xüsusi və qüsursuz şəkildə yaradılmışdır. Kainatdakı fiziki qanunlar kimi, Yerin kosmosdakı mövqeyi də kainatın insan həyatı üçün xüsusi yaradıldığını sübut edir. Aparılan tədqiqatlar bu mükəmməl nizamın sonsuz qüvvə və ağıl sahibi olan Allahın bənzərsiz yaratmasının dəlili olduğunu göstərir. Səmimi şəkildə düşünən, ağıl sahibi hər insan kainatdakı hər şeyin bir məqsədlə yaradıldığını anlayar. Allah hər varlığın bir yaradılış məqsədinin olduğunu belə xəbər verir: Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir... (Sad surəsi, 27) Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali- İmran surəsi, 190-191)
Views: 2293 Yaradilis Az
Yerin maqnit sahəsini hesablaya bilən tülkülər
 
02:19
Tülkülər ovları ilə aralarındakı məsafəni hesablayarkən yerin maqnit sahəsindən istifadə edirlər. Əgər ov gizlənibsə, demək olar ki, həmişə şimalşərq istiqamətindən ovun üstünə atılırlar. Bunun mühüm bir səbəbi var. Tülkü bu istiqamətdən hərəkət etdikdə hücum 72% uğurlu alınır, lakin digər istiqamətlərdən hücum etdikdə bu nisbət 18%-ə enir. Tülkülərin gözlərinin torlu qişasında halqa şəklində kölgə əmələ gəlir və maqnit sahəsinin şimalına doğru tündləşir. Kölgə ovun səsinin gəldiyi yerlə eyni istiqamətdə olduqda tülkü hərəkətə keçir. Beləliklə də, ovu tutmaq üçün ən uyğun məsafəni seçir. Gəlin, düşünək! Bu mükəmməl mexanizmin fəaliyyət göstərməsi üçün təkcə gözün maqnit sahəsini hiss etməsi kifayət deyil, bu məlumatın düzgün şərh edilməsi və dəqiq riyazi hesablamalar lazımdır. Bu cür bənzərsiz xüsusiyyətlərin ağlı və şüuru olmayan bir canlıdan qaynaqlandığını iddia etmək, əlbəttə ki, böyük ağılsızlıq olar. Bütün aləmlərin Rəbbi olan Allah digər canlılar kimi tülkünü də yaşaması üçün ehtiyacı olan xüsusiyyətlərdə yaratmışdır.
Views: 2331 Yaradilis Az
Qan hüceyrəsi
 
03:57
Views: 439 Yaradilis Az
Zınqırovlu ilanın təhlükəli silahı
 
01:56
Səsi və görünüşü ilə olduqca qorxunc bir canlı olan zınqırovlu ilanın başının ön hissəsindəki üz çuxurunda yerləşən temperatura həssas reseptorlar ətrafdakı ovun bədən temperaturundan qaynaqlanan infraqırmızı şüanı hiss edir. İlan, eyni zamanda, qoxu orqanı olan haçalı dili ilə ətrafı yoxlayır. Bu iki xüsusiyyəti sayəsində qaranlıqda yarım metr irəlidə hərəkətsiz dayanan bir sincabı hiss edə bilir. Ovun yerini dəqiq müəyyən edən ilan sakitcə ona yaxınlaşır və boynunu yay kimi gərərək sürətlə ovun üstünə atılır. İlanların ovu zərərsizləşdirməkdə istifadə etdiyi ən böyük silah olan “zəhər dişlərinin” uzunluğu 4 sm.-dir. İçərisi oyuq olan bu dişlər zəhər vəzilərinə bağlıdır. İlan sancdığı anda vəzi əzələləri sıxılır və zəhəri əvvəlcə diş kanalına, oradan da təzyiqlə ovun dərisinin altına püskürdür. Bir canlının başqa bir canlını zəhərləyib öldürə bilməsi, həqiqətən də, heyranedici xüsusiyyətdir və təkamül nəzəriyyəsi ilə heç cür açıqlana bilməz. Çünki belə mürəkkəb sistemin işləməsi üçün canlının içi oyuq "zəhər dişləri", bu dişlərə bağlı zəhər vəziləri olmalı, vəzilərin içində düşməni iflic edə bilən güclü zəhər əmələ gəlməli və ovu sancdığı anda bu sistemi hərəkətə keçirən refleks yaranmalıdır. Bircə hissəsi belə olmadan işləməyən bu sistem yer üzündəki ilk zınqırovlu ilanın təkamül keçirmədən, bugünkü mükəmməl şəkli ilə ortaya çıxdığını, yəni Allah tərəfindən yaradıldığını göstərir.
Views: 4326 Yaradilis Az
Eşitmə sistemi
 
02:19
Views: 293 Yaradilis Az
Появление Вифлеемской звезды преподносит благую весть о приходе Благословенного Махди
 
03:25
В июне 2015-го года реализовалось очередное событие, о котором наш Пророк (сас) сообщил 1400 лет тому назад. Юпитер и Венера, словно одна яркая звезда сблизились, и засияла Вифлеемская звезда.
Views: 1244 Yaradilis Az
Gerçək və daimi sevgini əldə etmək üçün…
 
02:51
Hər gün yolda, nəqliyyatda, iş yerində, mediada gördüyümüz insanların üzündəki donuq, kədərli, kibrli və davakar ifadənin səbəbi sevgisizlikdir. Sevgisizlik bir xəstəlikdir. O, əvvəlcə insanda tək qalma istəyi, narahatlıq və bədbinliklə özünü göstərir, daha sonra isə stress, depressiya, eqoistlik, qısqanclıq, nifrət, qəzəb və təcavüzkarlığa qədər gedib çıxır. Sevgisiz insanların gözəl bir şeyi tərifləməsinə, yaxşı işi təqdir etməsinə, insanlara xoş söz söyləməsinə rast gəlmək olmur. Sosial şəbəkələr bu cür insanların qəzəb dolu şərhlər və paylaşımlarla özlərini açıq şəkildə bəlli etdiyi yerlərdir. Bu insanlar acı dilləri ilə hamını incitməyə çalışır, şəfqət, mərhəmət və yaxşılığa dair bir kəlmə belə yazmır, insanları qəddar üslubla tənqid edirlər. Sevgisiz insanların bədəni də bu xəstəliyinə tab gətirə bilmir və sürətlə çökməyə başlayır. Bəs sevgisizlik xəstəliyindən xilas olub, gerçək və daimi sevgini əldə etməyin yolu nədir? İnsana sevgini qazandıran yeganə qüvvə imandır. İman özü ilə birlikdə Allah sevgisini gətirir. Gerçək sevgiyə qovuşmaq üçün əvvəlcə sevgi hissini qəlblərə ilham edən Uca Rəbbimizin razılığını qazanmağa çalışmaq lazımdır. Allahı hər şeydən çox sevən və Onun buyurduğu gözəl xarakteri hər an, hər yerdə yaşayan insanlar bir-birinə də dərin sevgi və hörmət bəsləyərlər. Dünya həyatında Allah sevgisini nəfsani sevgidən üstün tutan səmimi möminlər axirətdə, Allahın izni ilə, sonsuza qədər sevdikləri ilə birlikdə cənnət bağlarında yaşamağı ümid edərlər: (O gün) zalımları qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət) mütləq onların başına gələcəkdir. İman gətirib, yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət. (Şura surəsi, 22)
Views: 2115 Yaradilis Az
Sincab özü üçün qida yığmalı olduğunu haradan bilir? (Uşaqlar üçün)
 
02:03
Gördüyünüz canlının adı kisə yanaqlı sincabdır .Bu sincab növünün digərlərindən fərqi yemədiyi qidasını yanaqlarındakı kisələrdə saxlamasıdır. Sincab daha sonra ehtiyacı olanda bunlarla qidalanır. Bu kisələrin içərisi rütubətli olmadığı üçün qida orada xarab olmadan uzun müddət qalır. Sincab kisələrini doldurmaq üçün fındığı pəncələri ilə tutur və iti ucunu dişləyib qoparır. Sonra fındığı kisələrindən birinin içinə qoyur. Sonrakı fındığı isə digər kisəyə yerləşdirir. Sincabın yanaqlarındakı kisələrin hərəsinə dörd fındıq yerləşir. Bəs sincab özü üçün qida yığmalı olduğunu haradan bilir? Əlbəttə ki, bunu özü düşünməyib. Çünki sincabların düşünmək üçün ağlı yoxdur. Sevimli sincaba bu davranışını onu yaradan Allah ilham edir.
Views: 4256 Yaradilis Az
Sukəsən quşunun suyu necə kəsdiyini bilirsiniz?
 
01:51
Bir çox quşlar qanadları suya toxunduğu zaman uça bilmir. Çünki su tükləri bir-birinə yapışdırdığı üçün quş qanadlarını hərəkət etdirə bilmir. Su quşları isə bütün gün ərzində suya girib-çıxsalar da, qanadlarını asanlıqla hərəkət etdirirlər. Bəs su quşları bunu necə bacarır? Su quşlarının qanadlarında suya toxunduqları zaman tüklərinin bir-birinə yapışmasının qarşısını alan yağ var. Bunun sayəsində bu quşlar suda rahat hərəkət edir və balıqları asanlıqla ovlayırlar. Sukəsənlər də su quşlarıdır. Lakin, maraqlıdır ki, onun bədənində bu yağ yoxdur. Buna görə də o, ov etmək üçün suya girə bilmir. Elə isə bu quş necə qidalanır? Gəlin Baxaq! Hər şeyi ən mükəmməl şəkildə yaradan Allah bu quşun alt dimdiyini üst dimdiyindən uzun yaratmışdır. Uzun alt dimdiyinin kənarları çox həssasdır. Sukəsən quşu alt dimdiyini suya salır və suyu qayçı kimi kəsərək uçur. Həssas dimdiyi ova toxunan kimi quş bunu hiss edir və ovu tutur. Bundan başqa, sukəsən quşunun qanadları elə bir quruluşa malikdir ki, suyun üstündə qanad çalmadan uzun müddət üça bilir. Allah bütün canlılar kimi, sukəsən quşunu da qüsursuz şəkildə yaratdıb.
Views: 3223 Yaradilis Az
Boz balinaların cənuba səyahəti
 
02:21
Boz balinalar hər il dekabr və yanvar aylarında Şimal Buzlu okeandan yola çıxıb, Şimali Amerikanın cənubqərb sahillərindən keçərək Kaliforniyaya doğru üzürlər. Məqsədləri bala doğmaq üçün ilıq sulara gedib çatmaqdır. Maraqlısı isə odur ki, boz balinalar həmin vaxt ərzində heç bir şey yemirlər. Çünki əvvəlcədən tədbir görüb, uzun yay günlərində qida ilə zəngin şimal sularında qidalanaraq enerji toplayırlar. Boz balinalar qərbi Meksikanın tropik sularına çatdıqları zaman bala doğurlar. Balalar südlə qidalanır və yağ ehtiyatı yığırlar. Beləliklə, mart ayında digər balinalarla birlikdə Şimali okeana doğru köç etmək üçün qüvvə toplayırlar. Bəs boz balinalar bala doğmaq üçün ilıq sulara getməli olduqlarını haradan bilirlər? Bunun üçün yay aylarından tədarük görməyi necə düşünüblər? Əlbəttə ki, balinalar bunları hesablayacaq şüura sahib deyillər. Bütün canlıların Allahın ilhamı ilə hərəkət etdiyi ağıl və vicdan sahibi hər insanın asanlıqla görə biləcəyi açıq həqiqətdir.
Views: 1733 Yaradilis Az
Qurandakı gerçək cihad
 
02:27
İslamda "cəhd etmək" qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaq öyrətmək, insanları pislikdən uzaqlaşdırmağa çalışmaq deməkdir. Cihad sözünün kökü də “cəhd” kəlməsidir. Ərəb dilində mənaları bunlardır: 1. Çalışmaq, əzm, səy, fədakarlıq göstərmək. 2. İnsanın nəfsinə hakim olması. Buradan anlayırıq ki, İslamda cəhd etmək insanları pislikdən çəkindirmək və gözəl əxlaq öyrətmək üçün səy göstərməkdir. Cəhd edən müsəlman, eyni zamanda, öz nəfsini də tərbiyə etməli, nifrət və qəzəbdən uzaq, xoş əxlaqlı insan olmağa çalışmalıdır. Müsəlman bir tərəfdən özünü tərbiyə edib, digər tərəfdən də yaxşılığı və doğrunu insanlara öyrətməlidir. Sevgini, barışı, şəfqəti yer üzünə yaymaq üçün insanları məlumatlandırmalı və öz əxlaqı ilə də nümunə olmalıdır. Quranda “cəhd” kəlməsi bu mənaların xaricində başqa mənalarda işlədilmir. Belə ki, “qaynağımız Qurandır” – deyərək, “cihad” adı altında qətliamlar törədənlər ya yalan söyləyir, yaxud da yanlış məlumatlandırılmışlar. Hal-hazırda cihad adı altında insanları qətlə yetirənlər, kamikadzelər Qurana görə haram olan davranışı edirlər. Lakin onların əksəriyyəti Qurana zidd davrandığını bilmir. Çünki bu insanlar İslam dini yerinə, uydurulmuş bir dinə tabedirlər. Yaşadıqları dində sevginin yerinə nifrət, şəfqətin yerinə, qəddarlıq, qardaşlığın yerinə, düşmənçilik, incəsənət, estetika və elmin yerinə, cəhalət vardır. Bunu da xatırlatmaq lazımdır ki, radikalların çoxu gerçək dini bilmədikləri üçün, cəhalət səbəbindən ətrafa dəhşət saçırlar. Hətta bir qismi heç vaxt Quranı oxumayıb. Buna görə də adam öldürərək cihad etdiyini düşünən insanları qınamaq, lənətləmək, həbs etmək, sürgün etməklə heç bir nəticə əldə etmək olmaz. Bu insanları maarifləndirmək, Quran əxlaqını, gerçək İslamı izah etmək, onları sevgi dininə dəvət etmək lazımdır.
Views: 1206 Yaradilis Az
Meşələr kralı olan şirlərin bu xüsusiyyətini bilirsinizmi?
 
03:24
Aslan nərildəyərkən səsi ətrafda üç ölçülü formada əks-səda yaradır. Həmin səsi 8 km uzaqlıqdan eşidə bilərik. Bu çox böyük məsafədir. Yəni 8 km uzaqlıqdakı şir sizə öz səsini eşitdirə bilər. Ən qeyri-adi olan isə odur ki, digər şirlər həmin səsi 50 km məsafədən eşidə bilir. Aslanlar nərildədəyərkən səs ətrafda çox effektli şəkildə əks səda yaradır, çünki bu canlılar trombon alətində olduğu kimi səslərini incəldib qalınlaşdıra bilirlər. Səs ətrafa kürə formasında yayılır, sanki musiqi cihazlarında istifadə edilən surround sound (üç ölçülü səs) sistemi yaranır.Alimlər düşünürlər ki, aslanlar nərildəyərkən bir-birilərinin yaşını, sağlamlığını və hətta özünü müdafiə edib, edə bilmədiyini başa düşürlər. Yeni tədqiqatlar aşkar etdi ki, aslanların səs telləri xüsusi quruluşa sahibdir, buna görə də ağciyərlərini çox gücə salmadan yüksək və dərin səslər çıxara bilirlər. Səs çıxaran bir çox canlıda səs telləri maili quruluşa sahibdir, lakin böyük pişiklərdə olan yağ təbəqəsi bu telləri daha asan titrəyən düz yastıqlar halına salır. Bu möhtəşəm yaradılış nümunəsini kəşf edən elm adamlarından biri İova Universitetindən İnqoTitze bunu belə izah edir: “Qeyri-adi effektə malik olan alət. Belə bir səs çıxarmaq üçün aslanın özünü məcbur etməyinəqətiyyən ehtiyac yoxdur.” Allah aslanları çox möhtəşəm xüsusiyyətlərlə yaradıb. Allahın sonsuz yaratma sənəti sayəsində bu gözəlliklərə şahid olub, Allahın böyüklüyünü və gücünü bir daha dərk edirik: ... Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi / 21)
Views: 9592 Yaradilis Az
Çöl toyuqlarının qeyri-adi xüsusiyyəti
 
01:21
Çöl toyuqları balalarına su daşımaq üçün qeyri-adi xüsusiyyətə sahibdirlər. Çol toyuğunun sinəsindəki və sinəsinin alt qismindəki tüklərin daxili səthi incə lif təbəqəsi ilə örtülüdür. Quş su hövzəsi tapdıqda əvvəlcə altını quma və toza sürtür, bununla da tüklərini təmizlədiyi vaxt qalan yağları bədənindən kənarlaşdırır. Sonra suya girir, qanadlarını və quyruğunu qaldıraraq önə-arxaya hərəkət edir, beləliklə bütün tükləri islanır. Tüklərin üzərindəki nazik lif təbəqəsi suyu süngər kimi özünə çəkir. Quş balalarının yanına gəldikdə bədənini nisbətən dikəldir və balalar südəmən məməlilər kimi atalarının bədənindən su içir. Bəs çöl toyuqları balalarına su daşımaq üçün bu üsulu haradan öyrəniblər? Bu quşlar yaşadıqları mühitə uyğun xüsusiyyətlərə necə sahib olublar? Bu sualları düşündükdə açıq bir həqiqətlə qarşılaşırıq. Çöl toyuqlarını mükəmməl sistemlərlə yaradan və onlara davranışlarını ilham edən Allahdır.
Views: 7592 Yaradilis Az
Hər danışığınızın möcüzəvi bir sistem sayəsində həyata keçdiyinin  fərqindəsiniz?
 
01:36
Danışmaq istədiyimiz anda beynimiz səs tellərimizə, dilimizə və çənə əzələlərimizə əmrlər göndərir. Burundan daxil olan hava, əvvəlcə, burun boşluğu, boğaz, nəfəs borusu, bronxlar, oradan da ağciyərlərə keçir. Havadakı oksigen ağciyərlərdə qana qarışır və karbon qazı xaric olur. Ağciyərlərdən qayıdan hava səs tellərinin arasından keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və kiçik qığırdaq əzələlərinin təsiri ilə hərəkət edirlər. Danışdıqda ,mahnı oxuduqda əzələlər yığılır, səs telləri tarım çəkilir.Nəfəslə verdiyimiz hava səs tellərini basır və onlar titrəməyə başlayır. Danışarkən dilimiz damağımıza müəyyən qədər yaxınlaşıb-uzaqlaşır, dodaqlarımız büzülüb-açılır. Bu proseslər zamanı bir çox əzələlərimiz çox sürətlə hərəkət edir. Danışa bilməyiniz üçün bu proseslərin hər biri əskiksiz şəkildə həyata keçməlidir. Bu, təkamül nəzəriyyəsinin əsla açıqlaya bilmədiyi kompleks sistemlərdən biridir. Bu bənzərsiz sistem bədənimizin sonsuz qüdrət sahibi olan Yaradıcı, yəni Allah tərəfindən yaradıldığını və bizə nemət olaraq verildiyini yenidən sübut edir.
Views: 351 Yaradilis Az
Dərimiz olmasa idi…
 
02:12
Metrlərlə uzunluqda bir toxuma düşünün; həm istiliyi, həm də soyumağı təmin edən, möhkəm, amma olduqca estetik, hər cür xarici təsirdən mükəmməl qoruyan bir toxuma... İnsanın və bütün digər canlıların bədənini örtən dəri toxuması saydığımız xüsusiyyətlərin hamısına sahibdir. Dəri toxumasının olmaması insan həyatı üçün təhlükəli vəziyyətə gətirib çıxarır. Dərinin bir hissəsinin belə zədələnməsi orqanizmdə ciddi su itkisinə səbəb olduğu üçün ölüm hallarına yol açır. Dəri təkcə bu xüsusiyyəti ilə belə təkamül nəzəriyyəsini tamamilə məhv edir. Çünki bütün orqanları tam, lakin dərisi təkamül keçirməmiş və ya qismən ortaya çıxmış bir canlının yaşaması mümkün deyil. Bu, bizə bütün canlıların bədəninin hər orqanının əskiksiz olaraq, birlikdə var olduğunu, yəni yaradıldığını göstərir. Dərimizin 1 sm altına baxsaq, yağ və zülallardan ibarət, müxtəlif damarların olduğu, estetik görünməyən, hətta ürküdücü bir görüntü ilə qarşılaşarıq. Dəri örtücü xüsusiyyəti sayəsində həm bədənimizə estetik görünüş verir, həm də bütün xarici təsirlərdən qorunmağımızı təmin edir. Təkcə bu xüsusiyyəti belə dərimizin varlığının nə qədər vacib olduğunu anlamağa kifayətdir. Dəri həm qoruyur, həm "kondisioner" vəzifəsi yerinə yetirir, həm də elastikliyi sayəsində hərəkətimizi asanlaşdırır. Üstəlik, olduqca estetiktir. Bu cür dərinin yerinə, sərt, qalın, kobud dərimiz ola bilərdi. Yaxud elastik olmayan, buna görə də çəkimiz bir az artdıqda çatlayıb, dağılan, yayda istidən huşumuzu itirməyimizə, qışda donmağımıza səbəb olan dəriyə sahib ola bilərdik. Lakin bizi ən mükəmməl şəkildə yaradan Allah qüsursuz və estetik dəri ilə bədənimizi örtmüşdür. Çünki O, “...Yaradan, (qüsursuz şəkildə) yoxdan var edən, surət verən Allahdır." (Həşr surəsi, 24)
Views: 180 Yaradilis Az
В чем секрет привлекательных пятен павлина?
 
01:37
Привлекательный вид пятен павлина поражает человека. Последние исследования выявили в пятнах павлина наличие такого чувствительного механизма как волоски, отражающие голубые, жёлтые, коричневые цвета переливающиеся в зависимости от света. Оказалось, что причиной ярких цветов этих пятен является не пигмент, а двумерные, кристаллоподобные мелкие частицы. Под микроскопом в волосках, расположенных на поверхности веера, выходящего из оси пера, было обнаружено наличие структуры схожей с клеткой. Эта клетка происходит путём покрытия кератином стержней, образованных из белка меланина. Каждый в сто раз тоньше, чем волос эти двумерные структуры расположены в ряд на поверхности волосков. Размеры и формы пробелов в клетках вызывают отражение света в различных направлениях и таким образом являются причиной цветовой гаммы. А как возникла такая эстетическая, удивительная структура? Интересно, мог ли павлин создать перья в своём теле, а затем механизм, который дает цвет этим перьям? Конечно, нет. Всемогущий Аллах объединил кристаллоподобные частицы в перьях и создал прекрасные украшения, один лучше другого.
Views: 1810 Yaradilis Az
Haram bilinən halallar
 
04:48
Quranda halal və haramlar açıq şəkildə bildirilmişdir. Din asandır. Müsəlmanlar Allahın bildirdiyi hüdudlar çərçivəsində azad yaşayırlar. Rəbbimiz “Allah sizin üçün çətinlik yox, asanlıq istəyir” (Bəqərə surəsi, 185) buyurmuşdur. Müəyyən qisim insanlar isə elə düşünürlər ki, din nə qədər çətin olsa, o qədər məqbul hesab olunur. Dini çətinləşdirmək üçün də Peyğəmbərimizdən (səv) və sahabələrdən həqiqəti əks etdirməyən nümunələr gətirirlər. Lakin unudulmamalıdır ki, bunlar Peyğəmbərimizə (səv) atılmış böhtandır. Çünki Peyğəmbərimizin (səv) sünnəsi Qurandır və Rəsulullah (səv) heç vaxt Qurana zidd hərəkət etməmişdir.
Views: 7704 Yaradilis Az
Ana suiti sürünün içərisində balasını necə tanıyır?
 
01:08
Suitilər sürü halında yaşayırlar. Bir çox digər canlılar kimi, ana suiti də doğuşdan sonra balasını qoxulayır və toxunur. Beləliklə də, balasının qoxsunu tanıyır və onu başqa suitilərlə səhv salmır. Balalar doğulanda bədənləri yağla örtülü olur. Bu yağ onları daim isti saxlayır. Üç həftə ərzində bala suitinin ağırlığı 3-4 dəfə artır. Çünki suitilərin südü inək südündən 12dəfə yağlıdır və tərkibində 4dəfə çox zülal olur. Suitinin südü balanın bədənində qoruyucu-yağlı təbəqə əmələ gətirir. Olduqca zəif və müdafiəsiz suiti balalarının bütün ehtiyacları anaları tərəfindən qarşılanır. Bütün canlılar Allahın ilhamı ilə hərəkət edir. Hər canlıya ruzi verən və ehtiyacı olan hər şeyi əskiksiz şəkildə yaradan aləmlərin Rəbbi Allahdır. Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, eşidəndir, biləndir. (Ənkəbut surəsi, 60)
Views: 1858 Yaradilis Az
Allahın varlığını necə anlayırıq?
 
01:43
Ətrafınıza diqqətlə baxın. Gördüyünüz bitkilər, heyvanlar, dənizlər, dağlar, insanlar və hətta görə bilmədiyiniz mikro aləmdəki canlı-cansız hər şey onları yaradan üstün ağılın açıq-aydın dəlillərindəndir. Kainatda mövcud olan nizam, müvazinət, qüsursuz yaradılış onu yaradan üstün elm sahibinin varlığını sübut edir. Bu üstün ağlın və elmin sahibi Allahdır. Biz Allahın varlığını yaratdığı qüsursuz sistemlərdən, canlı-cansız varlıqların heyranedici xüsusiyyətlərindən anlayırıq. Kainatdakı qüsursuz yaradılış Allahın üstün gücünü göstərir. Allah Quranda Özünü bizə tanıdır. Quranda Allahın bütün isimləri, ağlı, elmi, şəfqəti, mərhəməti, ədaləti, hər yeri əhatə etdiyi, hər şeyi eşitdiyi və gördüyü, göylərin, yerin və onlar arasında olan hər şeyin yeganə sahibi, mülkün tək hakimi olduğu xəbər verilir: Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mulk surəsi, 3-4)
Views: 782 Yaradilis Az
Beytləhm ulduzu  Hz.Mehdinin gəldiyini müjdələyir
 
03:17
2015-ci ilin iyun ayında Peyğəmbərimizin (səv) 1400 il əvvəl xəbər verdiyi daha bir hadisə reallaşıb. Yupiter və Venera tək parlaq ulduz kimi birləşib və Beytləhm ulduzu görünüb. Bu hadisə hz.Mehdinin zühur əlamətidir. Hədisdə belə bildirilir: (HZ.MEHDİ GƏLDİKDƏ) Şərqdən bir ulduz (BEYTLƏHM ULDUZU) doğar və Ayın işıq verməsi kimi işıq verər. Daha sonra iki ucu az qala birləşənə qədər axar. Göydə bir rəng əmələ gələr və işıq hər iki üfüqünə də yayılar. (Kitabül Fiten) Şərqdən bir ulduz (BEYTLƏHM ULDUZU) doğar və Ayın işıq verməsi kimi işıq verər... Ayın öz işığı yoxdur, Günəşin işığını əks etdirir. Planetlər də eynilə Ay kimidir. Öz işıqları yoxdur, işığı əks etdirirlər. Deməli, hədisdə ulduzdan yox, planetdən bəhs edilir. Daha sonra iki ucu az qala birləşənə qədər axar Hədisdə bu iki göy cisminin az qala birləşdiyi bildirilib və iki uc, yəni iki üfüqdən bəhs edilib. Beytləhm ulduzu tək göy cismi kimi tələffüz edilir. Lakin Venera və Yupiter planetlərinin Yer kürəsindən görünəcək şəkildə bir-birinə yaxınlaşması ilə meydana gəlir. Bu iki planet Yer kürəsindən getdikcə bir-birinə yaxınlaşan iki ulduz kimi görünür. Göydə bir rəng əmələ gələr və işıq hər iki üfüqünə də yayılar. Ulduzlar özləri işıq verdiyi üçün üfüq xətləri yoxdur, planetlərin isə üfüq xətləri olur. Hədisdə bildirilən bütün bu xüsusiyyətlər Beytləhm ulduzuna xasdır. Beytləhm ulduzu hz.İsa dünyaya gəldikdə də görünüb, İsa Məsihin doğulmasının müjdəsi kimi İncildə də yer alıb. İsa, padşah İrodun dövründə Yəhudeyanın Beytləhm (Vifleyem) şəhərində anadan olduqda bəzi münəccimlər ŞƏRQDƏN YERUSƏLİMƏ (Qüdsə) GƏLİB BELƏ DEDİLƏR: “YƏHUDİLƏRİN ANADAN OLMUŞ PADŞAHI (HZ.İSA) HARADADIR? ŞƏRQDƏ ONUN ULDUZUNU (BEYTLƏHM ULDUZUNU) GÖRDÜK...” (Matta, 1-2) Münəccimlər padşahı dinlədikdən sonra yola düşdülər. O VAXT ŞƏRQDƏ GÖRDÜKLƏRİ ULDUZ (BEYTLƏHM ULDUZU) ONLARA YOL GÖSTƏRİRDİ. O, KÖRPƏNİN (HZ.İSANIN) OLDUĞU YERİN ÜZƏRİNƏ ÇATDIQDA DAYANDI. (Matta, 9) İsa Məsihin anadan olmasını müjdələyən Beytləhm ulduzuna Roma dövrünə aid tunc sikkələrin üzərində, divar rəsmlərində və tarixi tablolarda da tez-tez rast gəlinir. Gördüyünüz kimi, Peyğəmbərimiz bundan 1400 il əvvəl Beytləhm ulduzunun xüsusiyyətlərini bütün təfərrüatı ilə açıqlayıb və bu ulduzun doğmasının hz.Mehdinin çıxdığını xəbər verdiyini bildirib. Peyğəmbərimizin (səv) bildirdiyi digər yüzlərlə əlamət kimi bu əlamət də yaşadığımız dövrdə, yəni bir neçə ay əvvəl eynilə reallaşıb. Ekran yazıları: - 2017 il sonra ən yaxın qarşılaşma - 2 min il sonra... Səmada möhtəşəm nümayiş - İyun ayında (2015-ci il) Peyğəmbərimizin (səv) 1400 il əvvəl xəbər verdiyi hadisə reallaşdı - Yupiter və Venera tək parlaq ulduz kimi birləşdi, Beytləhm ulduzu görsəndi! - Beytləhm ulduzu hz.Mehdinin zühur əlamətidir - İNCİLDƏ BEYTLƏHM (VİFLEYEM) ULDUZU - Beytləhm ulduzu hz.İsa dünyaya gəldikdə də görünmüşdür - İSA MƏSİHİN DOĞULDUĞUNU MÜJDƏLƏYƏN BEYTLƏHM ULDUZU - İki planetin birləşməsi ilə ortaya çıxan Beytləhm ulduzu hz.Mehdinin çıxış əlamətidir. - 2015-ci ilin iyun ayında görünən Beytləhm ulduzu hədisdə bildirilən bu ulduzdur - Peyğəmbərimiz 1400 il əvvəl - Beytləhm ulduzunun xüsusiyyətlərini bütün təfərrüatı ilə açıqlamışdır - Beytləhm ulduzunun doğmasının hz.Mehdinin zühurunu xəbər verdiyini bildirmişdir. - Beytləhm ulduzunun görünməsi yaşadığımız dövrdə eynən reallaşmışdır.
Views: 537 Yaradilis Az
İslam aləminin QURANI tərk etməsi
 
02:51
Müsəlmanların bir qismi illərdir saxta hədislərə və xurafələrə əsaslanaraq Qurandan uzaqlaşmışlar. Quranda olmayan, dinə sonradan əlavə edilmiş tətbiqlər səbəbindən bir çox insanlar Quranı "toxunulmaz" hesab etmişlər. Məsələn, "Qurana yalnız dəstəmazlı toxunma" şərti olmadığı halda, xurafə dinində dəstəmazsız Qurana toxunmaq qadağan edilmişdir. Dəstəmaz Quranın yalnız bir ayəsində aydın şəkildə açıqlandığı və çox asan olduğu halda, xurafələrdə cildlərlə kitablarda dəstəmazı pozan minlərlə səbəb anladılmışdır. Bu səbəbdən Qurana toxunmaq, demək olar ki, qeyri-mümkün hala gəlmişdir. Bu uydurma hədislərə görə, Quran, əsasən, oxunmaz, yalnız bir örtük içində yüksək yerdən asılar. Quran müsəlmanın həyatının əsas hissəsi olmalıdır, halbuki xurafələrə görə, Quran Ramazan ayı, mövlud, cənazə kimi müəyyən vaxtlarda və yalnız ərəb dilində oxuna bilər. Buna görə də ərəb dilini bilməyən insanların böyük qismi Qurandan xəbərsizdir. Quranın oxunmasına mane olmaq üçün uydurulan fikirlərdən biri də Quranın tək oxunduqda başa düşülmədiyi, anlamaq üçün alimlərin rəy və təfsirlərinə ehtiyac olduğudur. Bu fikrə inanan bəzi müsəlmanlar Allahın "...Biz (Quranda) hər şeyi müfəssəl açıqladıq" (İsra surəsi, 12) ayəsinə rəğmən, Quranda kafi açıqlamanı tapmayacaqlarına inanmış və saxta hədislərin həqiqi yol göstərən olduğunu zənn etmişlər. Quran həyatın hər anında, hər yerdə oxunmalı olan rəhbərimizdir. Lakin sözügedən qaydalar səbəbindən müsəlmanın Quranı əlinə alması belə qeyri-mümkün hala gəlmişdir. Halbuki Allah Quranda “Bu, heç bir şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır.” (Bəqərə surəsi, 2) deyə bildirir. Bir kitabın yol göstərən olması üçün içərisindəki hikmətlər bilinməlidir. Həmçinin ayələrdə Quranın rəhbər, doğrunu yanlışdan ayıran bir ölçü, ixtilafda olanlara qarşı dəlil, möcüzə, sıxıntı içərisində olan iman sahiblərinə bir müjdə, bütün insanlar üçün öğüd və xatırlatma, hər şeyin müxtəlif cür açıqlaması, ağıl sahibləri üçün xəbərdarlıq olduğu bildirilir. Bütün bunların həyata keçməsi ancaq Quranı oxumaq və içindəki öyüdləri anlamaqla mümkündür.
Views: 489 Yaradilis Az
Valideynlərimizə necə münasibət göstərməliyik? (Uşaqlar üçün)
 
02:17
İnsanın ata-anasını yaradan, onlara mərhəmət, şəfqət və övlad sevgisini verən Uca Allahdır. Valideynlər öz övladını illərlə sevgi ilə, bezmədən böyüdür, tərbiyə edir. Müqəddəs kitabımız olan Qurana uyğun yaşayan insanlar həmişə bu həqiqəti bilir və valideynləri ilə Allahın razı olduğu kimi rəftar edirlər. Allah Quranda bizə valideynlərə xeyirxah davranmağı əmr edir: Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik ... . (Əhqaf surəsi, 15) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın, ata-anaya yaxşılıq edin..." (Ənam surəsi, 151) İmanlı insan bu ayələrə uyğun olaraq, ata-anasına qarşı hörmət və sevgi ilə yanaşır, onları razı edəcək şəkildə davranır, hər zaman onlara gözəl sözlər söyləyir. Allah başqa bir ayədə belə bildirir: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetişsə, onlara: "Uf!"- belə demə, üstlərinə qışqırıb, acı söz söyləmə! Onlarla xoş danış!" (İsra surəsi, 23) Allah bu ayədə "onlara "uf!"- belə demə, üstlərinə qışqırma, acı söz söyləmə, onlarla xoş danış"sözləri ilə ata-anaya qarşı edilən kiçik bir hörmətsizliyi və ya mərhəmətsizliyi belə qadağan etmişdir. Buna görə də imanlı insanlar həmişə valideynlərinə qarşı sevgi dolu, mehriban, xoşniyyətli və diqqətcil olurlar.
Views: 537 Yaradilis Az
Pinqvinlərin  həyatını xilas edən özünəməxsus yeriş forması
 
02:09
İmperator pinqvinlərinin kürt yatma dövrü kəskin qütb qışı zamanına rast gəlir. Erkək pinqvin kürt yatarkən qida axtarmağa gedən ana pinqvin bala yumurtadan çıxana qədər 4 ay gəzərək qursağında qida toplayır. Dişi yumurtadan çıxan balanı götürəndən sonra erkək pinqvin uzun bir səfərə çıxır. Ancaq burada olduqca təəccüblü bir vəziyyət var. Pinqvinlər iri bədənli olsalar da, yerişlərini çətinləşdirən kiçik ayaqlara sahibdirlər. Bu isə daha çox enerji sərf etmələrinə səbəb olduğu üçün az miqdarda qida ilə səfərə çıxan pinqvinlər üçün ölüm deməkdir. Elə isə necə olur ki, pinqvinlər kilometrlərlə yolu yeriyə bilirlər? Bu sualın cavabında yaradılış həqiqətini açıq-aydın görə bilərsiniz. Pinqvinlər sağa-sola əyilərək yeriyirlər. Bu yeriş sayəsində böyük miqdarda enerjiyə qənaət edirlər. Əgər bu cür yox, düz addımlarla yerisə idilər, öz boylarında olan bir heyvanla müqayisədə iki dəfə çox enerji sərf edərdilər. Amma bu xüsusi yeriş forması sayəsində yalnız yeriməyə başlarkən və dayanarkən enerji sərf edirlər. Bu yeriş formasını pinqvinlərin özlərinin kəşf etdiyi və ya minimum enerji sərf etmək üçün nələr etməli olduğunu sınayıb, birinə qərar verdiyi, əlbəttə ki, iddia edilə bilməz. Pinqvinlər şaxtalı soyuqlarda sağ qalmaqlarını təmin edən bu davranışı doğulduqları andan etibarən həyata keçirirlər. Onların bu yeriş forması Allahın canlılar üzərindəki şəfqət və mərhəmətinin dəlillərindəndir. Pinqvinləri yaradan və davranışlarını onlara ilham edən Uca Allahdır.
Views: 1110 Yaradilis Az
Səhər yuxudan oyananda nə etməliyik? (Uşaqlar üçün)
 
01:53
Səhər oyandığımız andan gün ərzində yaşadığımız hər bir hadisəni Allah yaradır. Gözlərimizi açıb, yeni günə başlamağımız Allahın bizə verdiyi nemətlərdən biridir. İnsan bütün gecə boyu şüursuz və hər şeydən xəbərsiz şəkildə yatır. Oyananda isə yalnız 3-5 saniyəlik yuxuları xatırlayır. Bu müddət ərzində insanın dünya ilə heç bir əlaqəsi olmur. İnsanları gecələr yatıran, gündüzlər isə həyat verən Allahdır. Müqəddəs kitabımız Quranda belə bildirilir: "Sizi gecələr yatıran, gündüz isə nə etdiyinizi bilən Odur..." (Ənam surəsi, 60) Yuxudan şüurlu və sağlam şəkildə oyanmaq, görmək, eşitmək və hiss etmək düşünməli olduğumuz möcüzəvi hadisədir. Çünki gecə yatarkən bu vacib nemətlərin səhər yenidən bizə veriləcəyindən əmin ola bilmərik. Yeni günə başlayarkən Allahın bizə olan mərhəməti və qoruması üçün Ona şükür etməli, həmin günü Allahın razı olduğu kimi keçirməliyik. Hər birimiz səhər gözümüzü açdığımız andan etibarən Allaha səmimi dua etməli, hər an Allahın bizi gördüyünü, eşitdiyini düşünməli və yaxşı işlər görərək Allahın sevdiyi insanlardan olmağa çalışmalıyıq.
Views: 1281 Yaradilis Az
Zığ-zığ quşunun güclü yaddaşı (uşaqlar üçün)
 
02:04
Gördüyünüz bu canlı ZIĞ-ZIĞ QUŞUdur. Bu quş qozalarla qıdalanır. Zığ-zığ quşu topladığı qozaları daha sonra yemək üçün torpağa basdırır. Bəzən bir gündə 1000 ədəd qoza basdırır. Bilirik ki, meşədə hər yer bir-birinə oxşayır. Bəs, görəsən, zığ-zığlar qozaları gizlətdikləri yeri necə tapırlar? Zığ-zığ quşu ağıllı davranaraq ağac budağı və ya kiçik daşlarla qozanı gizlətdiyi yerə işarə qoyur. Əslində, ucsuz-bucaqsız meşədə torpağın altında bir yeri tapmaq çox çətindir. Amma aparılan sınaqlarda məlum olub ki, bu quşlar, hətta 9 ay keçdikdən sonra da həmin qozaları tapa bilirlər. Gəlin, düşünək! 1000 ədəd qozanı torpağa basdırıb, sonra da hamısını işarələməyi, vaxtı gələndə də onları tapmağı ağlı və şüuru olmayan bir quş özü edə bilməz. Elə isə bunları zığ-zığ quşuna etdirən sonuz ağıl sahibi Qüvvə var. Bu Qüvvə gördüyümüz hər şeyi - dağları, heyvanları, insanları, günəşi, planetləri – qüsursuz şəkildə yaradan Allahdır. Allah ona ilham etdiyi üçün zığ-zığ quşu qidasını gizlədir və qidalanma vaxtı gəldikdə asanlıqla tapır. Allah bütün canlıları ən gözəl, ən mükəmməl şəkildə yaradandır .
Views: 893 Yaradilis Az
Yoxsulluq probleminin səbəbi dünyadakı məhdud imkanlar deyil
 
03:18
Yoxsulluq dünyanın ən mühüm problemlərindən biridir. Bu problemin səbəbi dünyadakı imkanların məhdudluğu deyil, sərvətlərin bərabər şəkildə bölüşdürülməməsidir. Bu gün 1,5 milyard insan elektrik enerjisindən məhrumdur. Dünyanın ən yoxsul 10 ölkəsinin 6-sında ölümlərin əsas səbəbi malyariya, xolera, tənəffüs yolu və doğuş öncəsi infeksiyalardır. (Halbuki müalicə ilə bu xəstəliklərin qarşısı alına bilir). Hər il 500 000 uşaq A vitamini çatışmazlığından görmə qabiliyyətini itirir. 2015-ci ildə hər 7 nəfərdən biri gündə 1,25 dollarla yaşamaq uğrunda mübarizə aparırdı. Hər 4 nəfərin gündəlik qazancı isə 2,5 dollar hesablanırdı. Dünyadakı gəlir bərabərsizliyi haqqında ən müfəssəl hesabat bərabərsizliyi aradan qaldırmağı hədəfləyən OXFAM təşkilatı tərəfindən 2014-cü ildə nəşr olunub. Hesabata əsasən, dünyanın sərvətinin 250 trilyon dollar olduğunu hesablanıb. Dünya əhalisinin cəmi 1%-i bu məbləğin yarısına, yəni 125 trilyonuna sahibdir. Qalan 125 trilyon dollar isə əhalinin 99%-i arasında bölüşdürülüb. Başqa bir maraqlı məqam isə 2015-ci ildə dünyadakı ən zəngin 62 nəfərlə ən yoxsul 3,5 milyard insanın sərvətinin eyni olmasıdır. Hesabata görə, əhalinin 6%-i ümumi sərvətin 75%-ə sahibdir. FORBES jurnalının siyahısındakı 1200 milyarderin ümumi sərvətinin 4,5 trilyon ABŞ dolları olduğunu da nəzərə alsaq, müharibə və münaqişələrlə dolu dünyamızın bu bərabərsizliyi qəbul etməyəcəyi çox açıqdır. Gəlir bərabərsizliyindən danışarkən bu rəqəmlərdə qadın və kişilər arasındakı fərqi də gözardı etməmək lazımdır. Dünyanın ən zəngin 500 nəfərinin 445-nin kişi olması və aclıq həddinin altında yaşayanların 75%-nin qadın və uşaqlar olması düşündürücüdür. Ən varlı və ən kasıb təbəqədə də qadınlar hər zaman kişilərin kölgəsi altında yaşamaq məcburiyyətində qalırlar. Verilən rəqəmlər yalnız statistika deyil. Real həyatda aclıqdan ölən afrikalı bir uşaq, düzgün qidalana bilmədiyi üçün xəstəliklərlə boğuşan vyetnamlı qadın və ya Çində bir ovuc düyü ilə qidalanmağa çalışan işçi deməkdir. Bu dünya 7 milyard insanın ortaq vətənidir. Heç kim "mən istədiyim kimi yaşayım, başqası məni maraqlandırmır" demək haqqına malik deyil. İnsanların öz mənfəətlərini bəşəriyyətin xeyrindən üstün tutması dünyanı qaranlığa qərq edib. Eqoizm alovu bütün dünyanı bürüyüb. Dünyadakı vicdanlı insanlar bu alovu tez bir zamanda söndürmək üçün birləşməlidirlər.
Views: 437 Yaradilis Az
Allah Quran ayələrini qoruyur
 
01:07
Allah Quranı bütün aləmlər və bütün zamanlar üçün yolgöstərici kimi nazil edib. Quran hər dövrə xitab edir: Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir. (Ali İmran surəsi, 138) Allah Quranı qoruyur və 1400 ildir heç bir dəyişiklik olmadan dövrümüzə gəlib çatıb. Şübhəsiz ki, Quranı Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hİcr surəsi, 9) Allahın bu vədi inananlar üçün kifayətdir. Bundan əlavə, Allah Quranda bir sıra elmi və riyazi möcüzələr verərək haqq Kitab olduğunu bizə göstərir.
Views: 884 Yaradilis Az
Timsahlar balalarına necə qayğı göstərir?
 
01:51
Sürünənlərin yumurtalarını hər hansı bir yerə qoyduğu və balaların da yumurtadan özbaşına çıxdığı zənn edilir. Amma belə deyil. Məsələn, timsahlar yumurtadan çıxmazdan əvvəl və sonrakı bir neçə ay ərzində balalarını qoruyurlar. Müxtəlif cür yuvalar düzəldən timsahların bir məqsədi var: balalarını yumurtadan çıxana qədər təhlükəsiz yerdə saxlamaq… Əsasən, yerdə dərin oyuq açaraq yuva düzəldən timsahlar təqribən 50 yumurtanı iki və ya üç təbəqənin üzərinə diqqətlə yerləşdirir və onları isti saxlamaq üçün üstünü torpaqla örtürlər. Torpaq həddindən artıq isindikdə dişi timsah yuvaya su sıçradır və ya sərinlətmək üçün üstünə otlar qoyur. Əgər lazım gəlsə, timsah dişləri ilə balaların yumurtaların qabığını sındırmağına kömək edir. Bir canlının yumurtalarını necə qorumalı və isti havada onları necə və niyə sərin saxlamalı olduğunu bilməsi mümkün deyil. Digər tərəfdən, timsahların bu cür davranışı təbiətdəki yüzlərlə fədakarlıq nümunəsindən yalnız biridir. Ağlı və şüuru olmayan bu canlının şüurlu davranışı sonsuz ağıl və elm sahibi olan Allahın qüsursuz yaratmasını bizlərə göstərir.
Views: 285 Yaradilis Az
Müsəlman qadın ismətli və şərəflidir
 
02:00
Allah "Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik" (Nisa surəsi, 31) ayəsi ilə şərəfi Quran əxlaqını yaşamaqda səmimi səy göstərən və Özündən lazımınca qorxub çəkinən insanlara verəcəyini bildirmişdir. Şərəf nə deməkdir? İnsanın Allah qorxusu və axirət inancına görə xırda mənfəətlər əldə etməsi üçün bəsit davranışlara, saxtakarlıqlara, yalana və ikiüzlülüyə əl atmamasıdır. İnsanların cahil davranışlarına gözəl əxlaqla cavab verməsidir. Mömin qadın da dərin iman və Allah qorxusundan qaynaqlanan şərəfli və üstün şəxsiyyətə malikdir. O bilir ki, Quran əxlaqına uyğun hərəkət etmək insanı ucaldır, buna görə də hər zaman təvazökar və səmimi davranır. Allah Quranın bir çox ayəsində ismətin qadına qazandıracağı dəyərə diqqət çəkmişdir. Allah bir ayədə ismətin əhəmiyyətini "…onların (azad və ismətli) tanınması və onlara əziyyət verilməməsi üçün ən uyğun olan budur..." (Əhzab surəsi, 59) ifadəsi ilə bildirmişdir. İsmət qadına hörmət və şərəf qazandırır, eləcə də cəmiyyət tərəfindən ona əziyyət verilməsinin qarşısını alır. Mömin qadınlar Allahın Quranda bildirdiyi bütün sərhədlərə tam tabe olaraq şərəf və hörmət qazanırlar. Belə insanın bütün hərəkətlərindən: danışıq, üzündəki ifadə, baxış və gülüşündən nə qədər namuslu və ciddi biri olduğunu anlamaq mümkündür. Namuslu qadın alicənab və etibarlı insandır. Beləliklə, Allah bir Quran ayəsində "...Əlamətləri üzlərində olan səcdə izidir" (Fəth surəsi, 29) ifadəsi ilə möminlərin üzlərindən tanındıqlarını xəbər vermişdir
Views: 460 Yaradilis Az