Home
Videos uploaded by user “Yaradilis Az” for the 2014
Həzrəti Hüseyn (rə) həyatı
 
07:08
Peyğəmbərimizin (səv) nəvəsi, hz. Əlinin ikinci oğlu olan hz. Hüseyin (ra) hicrətin dördüncü ilində doğulub. Anası hz. Muhəmmədin (səv) soyunu davam etdirən tək qızı olan hz. Fatimədir. Hüseyin adı ona Peyğəmbərimiz tərəfindən verilib. Hüseyin ərəb dilində gözəl, yaraşıqlı deməkdir. Hz. Hüseyinin ləqəblərindən bəziləri isə Sibt (nəvə), Seyyidi Şühəda, Təbili əmr illah (Allah’ın əmrine təslim olan), Zəki və Mübarək” idi Hz. Hüseyin (ra) Hz. Muhəmmədə (səv) çox bənzəyirdi. Hz. Əli (ra) bu bənzərliyi belə dilə gətirmişdir: "Həsən Rəsulullaha sinəsindən başına qədər olan qismində, Hüseyin də bundan aşağı olan qismində çox bənzərdi" (Ahmed b. Hanbel Müsned, 1, 108)
Views: 228167 Yaradilis Az
İmam Əli (əs) İmam Əlinin həyatı - Şəhadəti - Əhli beyt - Allahin aslani
 
12:08
Peyğəmbərimizin (səv) əmisi Əbu Talibin oğlu hz. Əli (rə) kiçik yaşlarında İslamı qəbul edən ilk müsəlmanlardan olub. Həmçinin, Peyğəmbərimizin (səv) kürəkəni və Əhli-Beytindəndir. Hz. Muhəmmədin (səv) evində və himayəsi altında böyümüşdür. Heç vaxt bütlərə ibadət etməmiş, yalnız Allah'a səcdə etmişdir. Buna görə də, onun adı xatırlandıqda "Kərəmullahu vəchəh" (Allah onu şərəfləndirsin) deyilir.
Views: 110895 Yaradilis Az
Gizlədilən möcüzələr - 6 - İran-İraq müharibəsi
 
03:16
PEYĞƏMBƏRİMİZİN (SƏV) GİZLƏDİLƏN AXIRZAMAN MÖCÜZƏSİ – 5 – İRAN-İRAQ MÜHARİBƏSİ Peyğəmbərimizin xəbər verdiyi bir hadisənin eynilə dediyi kimi baş verməsi möcüzədir. Az sonra bu möcüzələrdən birinə şahid olacaqsınız. Peyğəmbərimiz İran-İraq müharibəsi haqqında 1400 il əvvəlməlumat verib. Şəvval ayında üsyan, zilqədə ayında hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək.(Kıyamet Alametleri, səh. 166) Hədisdə keçən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin baş vermə mərhələlərinin tarixləri ilə üst-üstə düşür: ŞƏVVAL AYINDA ÜSYAN İran şahına qarşı olan üsyan hədisdə keçdiyi kimi 5 şəvval 1398-ci ildə, yəni 8 sentyabr 1976-cı ildə baş verib. Zilqədədə hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək… Həqiqətən də hicri 1400-cü ilin zilhiccə ayında, yəni miladi 1980-cı ilin oktyabr ayında İran-İraq arasında müharibə başlamışdır, eynilə hədisdə bildirildiyi kimi…
Views: 7117 Yaradilis Az
Hz.İsanın Ölmədiyinə aid Sübutlar -1-
 
02:41
http://hezretiisa.com/ Hz. İsa (ə.s) ilə bağlı ayələrdə hz. İsanın (ə.s) möcüzəvi şəkildə anadan olması, yaşadığı cəmiyyətdə etdiyi təbliğ, inkarçılar və müşriklərlə mübarizəsi, göstərdiyi möcüzələr, ona tabe olan həvarilərətraflı izah edilir. Quranda hz. İsa (ə.s) ilə bağlı bildirilən başqavacib xəbər də hz. İsanın (ə.s) qiyamət gününə yaxın bir tarixdə yenidən yer üzünə gələcəyidir.Hz. İsanın (ə.s) ölmədiyinin bildirildiyi “Ali-İmran” surəsinin 55-ci ayəsini və “Nisa” surəsinin 157-158-ci ayələrini əvvəlki bölmələrdəətraflı araşdırmışdıq. Bu ayələrdə bildirilən ifadələr, bu ifadələrin ərəb dilindəki mənaları və müxtəlif təfsirlərdə bu ayələrlə bağlıolan açıqlamalarhz. İsanın (ə.s) ölmədiyini göstərir
Views: 3460 Yaradilis Az
Bunları Bilirsinizmi? - Qan Hüceyrələri
 
01:47
Qırmızı qan hüceyrələri miqdar baxımından digər qan hüceyrələrinə görə çoxluq təşkil edir. Yetkin bir insanin damarlarında 30 milyard qırmızı qan hüceyrəsi üzür. Bu saydakı qırmızı qan hüceyrələri ilə demək olar ki, bir futbol sahəsinin yarısı örtülə bilər. Qanımıza, başqa sözlə, bədənimizə rəng verən hüceyrələr qırmızı qan hüceyrələridir. Qırmızı qan hüceyrələri yastı disklərə bənzəyirlər. Elastiklikləri sayəsində ən dar kapilyar damarlardan və ya ən kiçik məsamələrdən belə keçə bilirlər. Qırmızı qan hüceyrələrinin bu elastiklik xüsusiyyəti olmasaydı, bədənin bir çox nöqtəsində ilişib qalardılar. Bunun səbəbi, kapilyar damarların yalnız 4-5 mikrometr qalınlığında olmasıdır. (1 mikrometr = mili metrin mində biri). Halbuki, qırmızı qan hüceyrələrinin diametrləri 7.5 mikrometrdir.
Views: 3204 Yaradilis Az
Möminlərin əsl yurdu - Cənnət
 
03:24
http://www.mominlerineslyurducennet.com/ Həyatda ən çox nəyi istəyirsiniz? Yaxşı bir ev, gözəl paltarlar, zənginlik, bolluq, dəbdəbə... Yaxşı, sizə istədiyiniz hər şeyin həmin anda və əbədiyyətə qədər təmin ediləcəyi bir məkanın mövcud olması xəbər verilsə, bunu necə qəbul edərdiniz? Əlbəttə, çox həyəcanlanar və dərhal bu qüsursuz məkanı görmək istəyərdiniz. Belə bir məkanda yaşamağa, şübhəsiz ki, heç bir insanın etirazı olmazdı. İndi özünüz fikirləşin. İndiyə kimi sizə gözəlliklərin önünüzə gətiriləcəyi, saysız-hesabsız nemət və bolluqla qarşılaşacağınız bir məkanın mövcudluğundan heç bəhs edilməyibmi? Əlbəttə ki, bəhs edilib. Əslində, sizə və sizin kimi bütün insanlara bütün istədiklərinizin hazır olacağı bir həyatın "cənnət həyatının" mövcudluğu mütləq xəbər verilmişdir. Yer üzündəki hər bir insan öləndən sonra axirət həyatında əbədi cənnətin mövcud olması ilə bağlı məlumata malikdir. Cənnətə daxil olmağa layiq görülən hər bir insan nəfsinin istədiyi hər şeyi hazır tapacağı, mükafat və nemətlərlə qarşılanacağı, əbədiyyətə qədər gözəlliklər içində olacağı bənzərsiz bir məkanda yaşayacaq. Dünyada yaşadığı məhdud müddət isə bu gözəlliklərə qovuşması üçün ona verilən fürsətdir. Allah dünya həyatındakı imtahandan alnıaçıq çıxan saleh bəndələrinə bu gözəl yurdu, yəni cənnəti vəd etmişdir.
Views: 4367 Yaradilis Az
Peyğəmbərimizin (səv) gizlədilən axırzaman möcüzələri -1-
 
03:33
Fərat çayının suyunun kəsilməsi Peyğəmbərimiz (səv) Mehdinin (əs) çıxışını xəbər verən 600-dən çox əlamət bildirmişdir. Bu əlamətlərin hamısı hicri tarixi ilə 1400, miladi tarixi ilə 1979-cu ildən etibarən reallaşmağa başlamışdır. Bununla da hədislərinsəhih olduğu sübuta yetmişdir.
Views: 2576 Yaradilis Az
Bitkilərin şuurlu hərəkəti
 
07:11
Bitkilər haqqında nə bilirsiniz deyə soruşsalar bir çox insan məktəb dövründə öyrəndiyi fotosintez prosesini xatırlayacaq. Halbuki, bitkilərin fotosintez prosesindən başqa insanların bilmədiyi daha bir çox möcüzəvi yönü var. Bu xüsusiyyətləri ilə qeyri-adi duyğulara sahib bitkilər insan kimi görmə, eşitmə, dad bilmə və toxunma duyğularından istifadə edirlər.
Views: 4192 Yaradilis Az
Имена Аллаха - Аль-АЗИЗ (Могучий, Величайший, Непобедимый)
 
03:45
Не думай, что Аллах нарушит обещание Свое, которое посланникам Своим (в обет) поставил. Поистине, Аллах – Преславен, Владыка возмездия. (Сура «Ибрахим, 14:47) Эпитет Аллаха «Аль Азиз» означает Его Абсолютную Непобедимость, Неодолимость, Могущественность, лишь Он - Господь, обладает абсолютным могуществом над всем во Вселенной, нет никого и ничего превыше и могущественнее Его. Создателем совершенного порядка всех систем во Вселенной и законов, которые даже на современном этапе развития науки непостижимы человеческим разумом, является Аллах. Наряду с этим Он - Творец и всего сущего на земле, всех живых существ, обитающих на ней. Беспредельная мощь и могущество Творца над каждым элементом колоссальной Вселенной являет нам ясное осознание немощности и бессилия всех нас, сотворенных Им, перед Его могуществом и знанием. Все, созданное Им, существует в определенной системе и действует, живет только по Его воле. И те, кто пытается убедить себя в том, что они правят миром, на самом деле также беспомощны и слабы перед Господней Волей. Каким бы сильным, богатым и почитаемым ни был человек, он все равно слаб и беспомощен перед Творцом. Ни его имущество, ни деньги, ни количество людей, проявляющих к нему уважение, не в силах спасти его от наказания Господа. Кара Всевышнего не коснется лишь тех, кто предался Ему всей душою, кто живет по законам, ниспосланным Им в Коране, и кто стремится заслужить Его благоволение своим благочестием и праведными делами.
Views: 2461 Yaradilis Az
Qiyamət Əlamətləri
 
05:23
Views: 1976 Yaradilis Az
Quranda qadın və kişi bərabərdir
 
02:36
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.
Views: 944 Yaradilis Az
QURANDA HZ. İSANIN (Ə.S) "QİYAMƏTİN BİR ƏLAMƏTİ"  OLDUĞU BİLDİRİLİR
 
04:56
Quranda hz. İsanın (ə.s) ölmədiyi və öldürülmədiyi xəbəri ilə birlikdə hz. İsanın (ə.s) ikinci dəfə yer üzünə gəlməsi də xəbər verilir. Bu ayələrdən biri "Zuxruf" surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən başlayaraq hz. İsadan (ə.s) bəhs edilir: Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: "Bizim məbudlarımız yaxşıdır, yoxsa o?" Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq. (Zuxruf surəsi, 57-60) Bu ayələrdən dərhal sonra gələn 61-ci ayədə hz. İsanın (ə.s) qiyamət saatı üçün bir elm olduğu bildirilir: Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61) Bu ayənin hz. İsanın (ə.s) axırzamanda yer üzünə qayıtmasına açıq bir işarə olduğunu söyləyə bilərik. Çünki hz. İsa (ə.s) Quranın endirilməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Buna görə də bu ilk həyatının "qiyamət saatı üçün məlumat", yəni qiyamət əlamətinin olduğunu deyə bilmərik. Ayə hz. İsanın (ə.s) axırzamanda, yəni qiyamətdən əvvəlki son zaman dilimində yenidən yer üzünə gələcəyinə və bunun da bir qiyamət əlaməti olacağına işarə edir. (Ən doğrusunu Allah bilir.)
Views: 2595 Yaradilis Az
Axirzaman əlamətləri - Zamanın Qısalması
 
05:55
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq... zaman qısalacaq və vasitələrlə məsafələr azalacaq… (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313) Yaşadığımız dövrdə səsdən dəfələrlə sürətli təyyarələr, qatarlar və digər müasir nəqliyyat vasitələri ilə keçmişdə aylarla davam edən səfərlər hal-hazırda bir neçə saat ərzində, hətta daha rahat və təhlükəsiz şəkildə həyata keçirilir. Bu vasitələr hədisdəki əlamətin reallaşdığını göstərir. Peyğəmbərimiz (səv) digər hədisində isə zamanın qısalması barədə bu məlumatları vermişdir: Hz. Ənəs (rə) belə bildirir: "Rəsulullah (səv) buyurdu ki: Zaman qısalmadıqca qiyamət qopmaz. Bu qısalma elə olacaq ki, bir il bir ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi, saat da bir göz qırpımı qədər (qısa) olar. (Tirmizi, Zühd: 24, 2333) Zaman daralaraq gecə və gündüz bir-birinə yaxınlaşır… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 374, no. 681) Bu hədislərdən də göründüyü kimi, axırzamanda keçmişlə müqayisədə xeyli vaxt qazanmaq mümkün olacaqdır. Əsrlər əvvəl qitələr arasında əlaqə həftələrlə çəkirdisə, hal-hazırda rabitə və informasiya texnologiyaları vasitəsilə saniyələr ərzində baş tutur. Keçmişdə karvanlarla aylarla davam edən səyahətlər nəticəsində əldə edilən əşyalar, hal-hazırda qısa müddətdə çatdırılır. Hələ bir neçə əsr əvvəl bir kitabın çap olunmasına sərf olunan vaxta bu gün milyonlarla kitab nəşr edilir. Həmçinin təmizlik etmək, yemək bişirmək, uşağa baxmaq, təmir etmək və alış-veriş kimi gündəlik işlər müasir texnologiyaların köməyi ilə vaxt aparmır.
Views: 2939 Yaradilis Az
Axırzaman əlamətləri - Qasırğalar
 
03:10
Qasırğalar Mehdinin (əs) zühur illəri olan hicri 1400-cü il, yəni miladi 1980-ci ildən etibarən güclü qasırğaların sayı kəskin şəkildə artmışdır. Bu hal Peyğəmbərimizin (səv) dövrümüzdən əsrlər əvvəl bütün təfərrüatları ilə açıqladığı əlamətlərin, yaşadığımız dövrdə bir-birinin ardınca və eynilə hədislərdə bildirildiyi kimi, baş verdiyini göstərən dəlillərdən biridir. "Qiyamətdən əvvəl 10 əlamət baş vermədən o, qopmayacaq. Onuncusu, insanları dənizə atacaq qasırğalar..." (Kıyamet Alametleri, s. 288) 1992-ci ildə Endryu qasırğası 40 min nəfərin ölümünə və 250 000 insanın evsiz qalmasına səbəb olmuşdur. 1996-ci il mayın 13-də Banqladeşin qərbində meydana gələn fırtınalarda 500-1000 nəfər insan həyatını itirmişdir. Bu fırtınalar 30.000 nəfərin yaralanmasına və 100 min insanın evsiz qalmasına səbəb olmuşdur. 1998-ci ilin oktyabr ayında baş verən Mitç qasırğasında 9 mindən çox insan öldü. Bundan başqa, 15 min nəfərin itkin düşdüyü, 2,3 milyon nəfərin də qasırğadan ziyan gördüyü açıqlandı. 2005-ci ilin avqust ayında meydana gələn Katrina qasırğası Mississipinin 8 şəhərini viran etdi, Nyu-Orleanın 80%-i yerlə bir oldu və təxminən 2000 insanın ölümünə səbəb oldu. 100 milyard dollardan artıq maddi ziyana səbəb oldu. Ölənlərin sayı təxminən 35.000 olaraq hesablandı və yüz minlərlə bina yaşanmayacaq vəziyyətə düşdü, yüz minlərlə binaya da çox böyük maddi zərər dəydi. "İnsanlara ölüm gəldiyi, evləri məzar olduğu zaman halın necə olar". (Ölüm-Kıyamet-Ahiret ve Ahir zaman Alametleri, s. 392, no. 726)
Views: 606 Yaradilis Az
YENOTLAR
 
02:54
Views: 1247 Yaradilis Az
Peşman olmadan öncə
 
07:39
Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi,35) Ölüm axirətin mövcudluğuna inanmayanlar tərəfindən bir son, yox olma kimi qəbul edilir. Halbuki, bu, çox yanlış bir düşüncədir; çünki ölüm son deyil, əksinə, başlanğıcdır. İman gətirənlər üçün nöqsansız, bütün nöqsanlardan təmizlənmiş sonsuz bir cənnət həyatının başlanğıcıdır. İnkar edənlər üçünsə böyük bir əzabın sonsuza qədər davam edəcəyi cəhənnəm həyatına keçid mərhələsidir. Bu həqiqəti qavrayan insanlar ölümlə birlikdə dünyada gözəl bir sonu və axirətdə gözəl bir başlanğıcı eyni anda qazanarlar. İnkar edənlər isə onlara əvvəlcədən xəbər verilən bu həqiqəti qulaqardına vurmağın əvəzedilməz peşmançılığı ilə qarşılaşarlar. Sonsuza qədər hər an bu peşmançılığı hiss edər və bundan qurtulmanın heç bir yolunu bula bilməzlər.
Views: 1331 Yaradilis Az
QURANDA HZ. İSAYA (Ə.S.) "KİTABIN, TÖVRATIN VƏ İNCİLİN ÖYRƏDİLDİYİ" BİLDİRİLİR
 
05:43
Bu ayələrdə diqqət ediləcək başqa məlumat da hz. İsa (ə.s) üçün bildirilən ifadənin (əvvəlki mövzuda olduğu kimi) başqa heç bir peyğəmbər üçün bildirilməməsidir. Məsələn, hz. Musaya (ə.s) Tövratın endirildiyi, hz. İbrahimə (ə.s) səhifələrin verildiyi, hz. Davuda (ə.s) Zəburun vəhy edildiyi Quranda bildirilir və ya peyğəmbərlərin öz dövrlərindən əvvəl endirilən kitablar varsa, bu kitabları bildikləri xəbər verilir. Lakin peyğəmbərlərin heç birinə öz dövrlərindən sonra endiriləcək bir kitabın əvvəlcədən onlara öyrədildiyi xəbər verilmir. Özündən əvvəl endirilən, özünə vəhy edilən və özündən sonra endiriləcək kitabı bildiyi xəbər verilən tək peyğəmbər hz. İsadır (ə.s). Bu da hz. İsanın (ə.s) təkrar yer üzünə gələcəyinin və ikinci dəfə gəldikdə özündən sonra vəhy edilmiş kitabla, yəni Quranla hökm edəcəyinin işarələrindən biridir. (Ən doğrusunu Allah bilir.)
Views: 454 Yaradilis Az
Bir ayə bir açıqlama - Talaq surəsi 7
 
02:49
Quranda bir çox ayədə insanların nemətlərlə olduğu kimi, sıxıntı və çətin mühitləriylə də qarşılaşa biləcəklərini xəbər verir. Allaha səmimi olaraq iman edən bir insan, bütün hadisələrin Allahın idarəsində və təyin etdiyi qədər istiqamətində yaşadığına qəti olaraq iman edər, Uca Allahın hər çətinliyin arxasınca mütləq bir asanlıq yaradacağına inanır. Allah ayəsində bu həqiqəti müjdələyir. Allah sonsuz mərhəməti, şəfqəti və ədalətiylə, yaratdığı hər hadisədə həm bir asanlıq edər, həm də hər insanı gücünə görə sınaqlardan keçirər. Allahın insanlara əmr etdiyi ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, insanlara yüklədiyi məsuliyyətlər hamısı insanların gücü nisbətindədir. Çünki bütün insanları yoxdan var edən Rəbbimiz hər insanın nəyə nə qədər gücünün çatdığını ən yaxşı biləndir. Sonsuz ədalət sahibi olan Allah insana gücünü aşan bir məsuliyyət verməz. Bu, Allahın bir vədidir, Rəhman və Rəhim sifətinin bir təcəllisidir. Allahın inananlara bir sınaq olaraq verdiyi müxtəlif çətinlik və sıxıntılar qarşısında möminlər həmişə üstün əxlaq göstərərlər və başlarına gələn hər şeyin bir qədər üzrə reallaşdığını bilmənin rahatlığını yaşayarlar. Həyatlarının hər anının sonsuz mərhəmət sahibi olan Rəbbimizin dilədiyi şəkildə reallaşdığını, hər şeyin böyük xeyir və gözəlliklərlə yaradıldığını bilmənin inamı içindədirlər. Allahın, yaratdığı və şər olaraq görünən bütün hadisələri də müsəlmanların xeyirinə çevirəcəyini bilirlər və Allahın sözünün mütləq reallaşacaq bir vəd olduğuna qəti olaraq inanarlar. Bu, Allaha qəti bir məlumatla inanan və Quranın haqq kitab olduğunu bilən insanların iman şəklidir. İmanlarındaki bu qəti qərarlılıq vasitəsiylə müsəlmanlar, dünya həyatında hər an canlı, şövqlü, imanın gətirdiyi gözəl bir coşğu içində yaşayarlar.
Views: 962 Yaradilis Az
Gizlədilən Axırzaman möcüzələri - 4 -Kəbə basqını və Kəbədə qan axıdılması
 
02:19
5-10 ildən sonra baş verəcək hadisələr sizə əvvəlcədən xəbər verilsə və vaxtı çatanda həmin hadisələr eynilə deyildiyi kimi reallaşsa, bu sizi təəcübləndirməz? Bəs bu möcüzəvi hadisəni ətrafınızdakı hər kəsə çatdırmaq istəməzsiniz? Peyğəmbərimiz 1400 il əvvəl bu dövrdə baş verəcək bütün hadisələri bildirmişdir. Bu əlamətlərin hər biri eyni ilə Peyğəmbərimizin dediyi kimi baş verir. Bəzi İslam alimləri isə bu hadisələrin baş verdiyini gördüklərinə baxmayaraq bunlardan heç bəhs etmirlər. sizce Bu səmimi yanaşmadırmı? Əlbəttə deyil. Peyğəmbərimizin 1400 il əvvəl dediklərinə nəzər salaq. Onun (Mehdinin (əs)) zühur edəcəyi il insanlar həccə başlarında rəhbər olmadan gedəcəklər...Birlikdə Beytullahı təvaf edəcəklər, sonra Mina dağına çatanda itlər kimi bir-birlərinə hücum edəcəklər, hacılar soyulacaq, qanlar Əqəbə cəmrəsinin üzərinə axacaqdır. (Qiyamət əlamətləri, səh. 168-169) Kəbə basqını hz. Mehdinin (əs) zühurunun digər əlamətlərinin reallaşdığı dövrün əvvəlində, yəni hicri tarixi ilə 1400-cü ilin ilk günü, 1 Məhərrəm 1400-ci ildə (21 noyabr 1979) baş vermişdir.
Views: 2243 Yaradilis Az
Allah`a qarşı rəsmi olmaq müsəlmana yaraşmaz
 
04:05
Dünyada insana ən yaxın varlıq ancaq Allah`dır. Bu həqiqət, istisnasız, hər kəs üçün eynidir. Lakininsanların çoxu bu həqiqətdən bixəbərdirlər. Bəzilərisinif yoldaşını, qardaşını, bəzilərini valideynini,bəziləri də həyat yoldaşını özünə ən yaxın varlıq hesab edir. Ən etibarlı, ən yaxın dost və sirdaşının ətrafındakı bu insanlardan biri olduğunu düşünürlər. Halbuki budüşüncə çox böyük qəflətdir. İnsanı yaradan, anadan olduğu andan etibarən hər saniyə onu qoruyan, onu ən çox sevən, ona sevginiöyrədən, insanlarda ona qarşı sevgi yaradan, sahib olduğu bütün nemətləri, gözəllikləri bəxş edən və bəxş etməyə qadir olanancaq Allah`dır. Xəstələndiyimizdə bizə kömək edən, şəfa verən, sıxıntını üzərimizdənqaldırıb xoşbəxtlik, fərahlıq hissi yaşadan ancaqAllah`dır. Ən çətin vaxtlarımızda bizə çıxış yolunuilham edən yenə Allah`dır. Allah`ın qullarına göstərdiyi rəhmətini saymaqla bitrə bilmərik. Quranda Rəbbimiz "Əgər Allah`ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Nəhl surəsi, 18) ayəsi ilə insana buhəqiqəti xatırladır. Özümüzü tənha hesab etdiyimiz anlarda belə, Rəbbimiz bizimlədir: "… Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. ..." (Mücadilə surəsi, 7). Allah heç vaxt qulunu tək qoymaz. "Biz ona şah damarından da yaxınıq." (Qaf surəsi, 16)ayəsi ilə Allah bu yaxınlığını bizə xəbər verir, hər duamıza cavab verdiyini müjdələyir. "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər." (Bəqərə surəsi, 186)
Views: 892 Yaradilis Az
Elm və Texnologiya
 
09:21
Views: 3177 Yaradilis Az
Peyğəmbərimizin (səv) gizlədilən axırzaman möcüzəsi - 2 - Əfqanıstanın işğalı
 
03:02
İnsanlar ondan bəhs etməyi unutmadıqca və imamlar da minbərlərdə ondan söhbət açmağa son vermədikcə dəccal çıxmaz. (Ramuzel Hadis, səh. 485) Deməli, axırzaman əlamətlərindən bəhs edilməməsi də hz. Mehdinin (əs) çıxış əlamətlərindəndir. Bu alimlərin dəccaliyyətdən, Mehdiyyətdən, İsa Məsihdən bəhs etməməsi, Peyğəmbərimizin (səv) möcüzələrini gizlətməsi hz.Mehdinin çıxdığını göstərir.
Views: 1110 Yaradilis Az
Təkamül saxtakarlıqları - SƏHV  1
 
03:30
Stenli Millerin məqsədi milyard illər əvvəlki cansız dünyada zülalların tərkib hissələri olan amin turşularının “təsadüfən” əmələ gəldiklərini göstərən təcrübi dəlil ortaya qoymaq idi.Kitabda təcrübə elmi dəlil kimi göstərilsə də heç bir elmilik payı yoxdur.Çünki,Miller təcrübəsində “soyuq tələ” (cold trap) adlı bir mexanizmdən istifadə edərək amin turşularını əmələ gəldikləri anda dərhal həmin mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə amin turşularını əmələ gətirən mühitin amilləri bu molekulları əmələ gəldikdən dərhal sonra məhv edəcəkdi. Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür şüurlu mexanizmlər yox idi və bunlar olmadan hər hansı amin turşusu əmələ gəlsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdılar. Belə ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə bircə amin turşusu da əldə edə bilməmişdi.
Views: 595 Yaradilis Az
Hz. İsanın ölmədiyinə aid sübutlar - 4 - Hz. İsaya tabe olanların üstün gəlməsi
 
03:50
Allah ayədə qiyamətə qədər inkarçılara üstün gələn və hz. İsaya (ə.s) həqiqətən tabe olan bir cəmiyyətin varlığını bildirir. Hz. İsa (ə.s) həyatda olarkən ona tabe olanların sayı çox az idi və onun Allah Qatına yüksəlişinin ardınca sürətlə dində degenerasiya başladı. Sonrakı iki əsr ərzində də hz. İsaya (ə.s) iman gətirənlər (isəvilər) şiddətli təzyiqlərə məruz qaldılar. Hətta isəvilərin heç bir siyasi gücü də yox idi. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların inkarçılara üstün gəldiklərini və bu ayənin onlara işarə etdiyini söyləyə bilmərik. İndiki vaxtda isə xristianlığın dəyişdirildiyini, hz. İsaya (ə.s) endirilən haqq dindən fərqli bir dinə çevrildiyini görürük. Xristianlar arasında hz. İsanın (ə.s) Allah'ın oğlu olduğu şəklindəki (Allah'ı tənzih edirik) azğın inanc mənimsənilmiş və üçləmə əqidəsi (Ata, oğul, müqəddəs ruh) qəbul edilmişdir. Bu halda dinin əslindən xeyli uzaqlaşmış indiki xristianları da hz. İsaya (ə.s) tabe olanlar kimi qəbul edə bilmərik. Çünki Allah Quranın bir çox ayəsində "üçləmə" inancına inananların inkar içərisində olduqlarını bildirmişdir:
Views: 833 Yaradilis Az
Axirzaman əlamətləri - Güclü yağışların səbəb olduğu sellər
 
04:30
Güclü yağışların səbəb olduğu böyük sellər axırzaman əlamətlərindəndir Peyğəmbərimiz (səv) 1400 il əvvəl yaşadığımız axırzamanda yağışların artmasının böyük fəlakətlərə səbəb olacağını hədislərdə bildirmişdir: Ev və daxma qoymayan şiddətli yağış yağana qədər qiyamət qopmaz. (Kıyamet Alametleri, s. 253) Şiddətli yağış yağıb, daş binalar istisna olmaqla bütün kərpic evləri dağıtmadıqca qiyamət qopmaz.(Ahmed b. Hanbel, Müsned 13/291, Hadis no: 7554) • "Yağışların çoxalması, otlarınazalması... qiyamətinyaxınlaşmasının əlamətidir." (Kıyamet Alametleri, s.137) Tarixinheç bir dövründəbu qədər çox təbii fəlakət xəbərlərini hər gün televiziya ekranlarında görməmişik, qəzetlərdə oxumamışıq. Statistik məlumatlara görə, son illərdə təbii fəlakətlərin həm sayı, həm də meydana gətirdiyi zərərlərartmışdır.Bu dövrdə baş verən təbii fəlakətlər dünyanın bir çox ölkələrinə ciddi maddi ziyan vurmuş və milyonlarla insanzərər çəkmişdir.
Views: 1166 Yaradilis Az
Bir ayə, bir açıqlama - Tövbə surəsi, 71-ci ayə
 
02:44
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah'a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71) Bu ayədə Allah bütün möminlərin bir-birlərinin dostu və köməkçisi olduğunu, qadın və kişi bütün möminlərin yaxşılığı əmr etmək və pislikdən çəkindirmək vəzifəsinin olduğu bildirilir. İman edənlərin ən əhəmiyyətli ibadətlərindən biri təbliğdir. Yəni insanları doğru yola çağırmaq, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək, onları Quran əxlaqına dəvət etməkdir. Bu ibadət, möminlərin gündəlik həyatlarının ayrılmaz parçasıdır. Möminlər, sözləri və davranışları ilə həyatlarının hər anında Allahın bildirdiyi din əxlaqını bir-birlərinə və digər insanlara izah etməklə və İslam əxlaqını təmsil etməklə öhdəlik daşıyırlar. Ayənin davamında möminlərin Allah'ın əmr etdiyi namaz, zəkat kimi ibadətləri yerinə yetirməklə yanaşı, Allah'a və elçilərə itaət etməyin əhəmiyyətinə də diqqət çəkilir. İman sahibi insanın ən diqqətə çarpan xüsusiyyətlərindən biri ibadətlərinə qarşı çox diqqətli olmasıdır. Möminlər Allah'ın əmr etdiyi namaz, oruc, zəkat kimi ibadətlərini həyatları boyunca şövqlə davam etdirir. Məsələn, 5 vaxt namaz, möminlərə həyatları boyunca edilməsi əmr edilən, vaxtları təyin olunmuş ibadətdir. Bu ibadət möminin şüurunu və iradəsini canlı tutur, daima Allah'a yönəlməsini təmin edir və Rəbbimizin əmrləri istiqamətində həyatını davam etdirməsinə köməkçi olur.
Views: 501 Yaradilis Az
Имена Аллаха - Аль-Батин (Скрытый)
 
03:28
аль-БАТИН Скрытый Тот, Кто знает как явное, так и скрытое обо всем Тот, Чьи признаки явственны, а Сам он на этом свете Невидим Он – Первый и Последний Извечный и Бесконечный, Явный и Сокровенный, и Он ведает обо всем сущем. (Сура «Аль Хадид», 57:3) Оглянитесь вокруг в комнате, в которой вы сейчас находитесь. Пожалуй, вы согласитесь, что все вокруг вас, все предметы кем-то сделаны. Двери, ваза на столе, картина на стене, окно… Конечно же, вы с уверенностью скажете, что все это спроектировано и изготовлено людьми. А сейчас выгляните через окно на улицу. Вы увидите деревья, море, солнце, небо, птиц или иные виды природы. Если это ночь, то вы можете наблюдать на небе за звездами и луной. Однако, если вы уверены, что все вокруг вас в комнате создано кем-то из людей, то ведь очевидно, что и картины природы, которые вы наблюдаете в окне, тоже кем-то сотворены и спланированы, ведь столь совершенная красота не могла появиться случайно, из ничего, не так ли?
Views: 387 Yaradilis Az
ŞOK ŞOK ŞOK ! ÖLÜM YAXINLAŞDI!
 
09:07
Bu gördüyünüz məzarların hər birində sizin kimi insanlar yatır... Təxminən iki metrlik məsafədə onunla yanaşı biri də var. Onun da yanında başqa biri... Onun da yanında başqa biri... Lakin ərazisi geniş olan bu sahədə heç biri tərpənə bilmir. Heç kim bir-birinə baş çəkə bilmir, heç kim danışa bilmir, nəfəs ala bilmir, yemək yeyə bilmir. Gördükləri tək şey zülmət qaranlıqdır. Ölüm hər insana bir addım qədər yaxındır. Bu həqiqətə baxmayaraq, bəzi insanlar qəflət içində ölümü özlərindən uzaq görürlər. İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində üz çevirirlər. (Ənbiya surəsi, 1) Onlar da vaxtilə sizin kimi televizora baxırdılar. Onların da indi yaşayan insanlar kimi işləri, çox sevdiyi avtomobilləri, xoşbəxt anlarında çəkdirdiyi fotoşəkilləri, ailələri və gələcəyə aid planları var idi. Ancaq ölümləri ilə birlikdə bütün bunlar dəyərini itirdi. Əksər insanlar ölümü düşünməkdən qaçırlar. Halbuki hər keçən saniyə sizi öləcəyiniz ana bir az da yaxınlaşdırır. Bu filmi izləyən hər insanın neçə gün, neçə saat, neçə dəqiqə ömrü qaldığı bəllidir. Və sonda həmin an gəlir, geriyə doğru sayma bitir... Bir insan 80 il də yaşasa, 100 il də yaşasa hər keçən gün qaçılmaz sona doğru irəliləyir. Bu dünya insanların təlim yeridir. Buna görə də, hər insan bütün həyatını Allah rızası üçün yaşamaqla məsuldur. Torpağın altında nə mal-mülkün, nə şan-şöhrətin, nə də ətrafdakı insanların bir dəyəri var. Varlı-kasıb, gözəl-çirkin, gənc-yaşlı hər insan cəmi bir neçə metrlik parçaya bürünərək dəfn ediləcək. De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". (Cumuə surəsi, 8)
Views: 4127 Yaradilis Az
Adnan Oktar deyir ki: Möminin hər anı gözəllikdir
 
02:07
Mömin təvəkküllü olacaq. Səbir kasası daşdı demək “mən imandan çıxdım” mənasına gəlir. Elə şey olarmı? Yəni “mən qədərin nəzarətində deyiləm, hər şeyi mən edirəm” mənasını verir. Əgər qədərin içindədirsə, qədərdə hadisələr mükəmməl gedir. Çox gözəl gedir və onun üçün olan ən xeyirli olur. Yəni, məsələn, deyir ki, bu, xeyirli deyil. Sən hardan bilirsən xeyirsiz olduğunu? Mütləq xeyirlidir. Məsələn, başına bir iş gəlir, xeyirlidir. Məsələn, deyir ki, artıq bezdim, edəcək bir şeyim qalmadı, çarəm qalmadı. Bu, küfr ifadəsidir. Müsəlman bunu söyləməz. Çünki doğrusu xeyirlə gəlir, xeyir davam edir, yenə Allah`dan xeyir umduğunu deyəcək mömin. Xeyir davam edəcək. Çünki nəticədə, Allah`ın rizasını istəmirmi mömin? İstəyir. Qardaşım, sən cənnətə getdikdən sonra sənə nə çətin gəlir? Sən Allah`ın rizasını istə, sənə nə. Sən Allah`ın rizasını qazandınmı, dünyalar sənindir. Sən onu yaradana tam bağlanıb: “Ya Rəbbi, sən bu ana qədər xeyir etdin, həmişə xeyir yaratdın, bundan sonra səndən xeyir umuram, sağımı xeyirlə doldur, solumu da, hər tərəfimi xeyirlə doldur”, -deyəcək mömin. Mömin Allah`dan həmişə xeyir gözləyəcək. Xeyirdən başqa bir şey olmaz mömində. Keçmişi də xeyirdir, gələcəyi də xeyirdir, yaşadığı an da xeyirdir. Xeyirsiz bir şey olmaz. Xeyirə qarşı, xeyirli olana qarşı üsyan küfrdür. Yəni müsəlmanın edəcəyi bir şey deyil.
Views: 173 Yaradilis Az
Quranda əbcəd tarixləri - Quranda axırzamanla bağlı əbcəd hesablamaları - 4
 
06:03
Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. (Duha surəsi, 5) Əbcəd hesabı: HİCRİ: 1427-ci il, MİLADİ: 2007-ci il tarixini verir Həqiqətən Allah’ın Kitabını oxuyanlar, namazı doğru-düzgün qılanlar və özlərinə ruzi olaraq verdiklərimizdən gizli və açıq infak edənlər, qəti olaraq zərərə uğramayacaq bir ticarəti ümid edə bilərlər. (Fatir surəsi, 29) ...namazı doğru-düzgün qılanlar, onlara verdiyimiz ruzidən gizli və aşkar infak edərlər... Əbcəd hesabı: HİCRİ: 1429-cu il, MİLADİ: 2008-ci il tarixini verir “(Səba qəbiləsi ilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.) " (Səba surəsi, 18) ...orada gediş-gəliş yaratmışdıq, " Oralarda gecələr və gündüzlər arxayın (təhlükəsizlik içində) gəzib dolaşın!"... Əbcəd hesabı: HİCRİ: 1422-ci il, MİLADİ: 2001-ci il tarixini verir
Views: 394 Yaradilis Az
Axirzaman əlamətləri - İran - İraq müharibəsi
 
02:34
Axırzamanda baş verən bir müharibə haqqında hədisdə belə xəbər verilir: Şəvval ayında üsyan, zilqədə ayında hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək. (Kıyamet Alametleri, səh. 166) Hədisdə keçən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin baş vermə mərhələlərinin tarixləri ilə üst-üstə düşür: Şəvval ayında üsyan… Bildiyimiz kimi, İran şahına qarşı ilk üsyan 5 şəvval 1398-ci ildə, yəni 8 sentyabr 1976-cı ildə baş verib. Zilqədədə hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək… Həqiqətən də hicri 1400-cü ilin zilhiccə ayında, yəni miladi 1980-ci ilin oktyabr ayında İran-İraq arasında müharibə başlamışdır, eynilə hədisdə bildirildiyi kimi… Başqa bir hədisdə isə bu müharibənin təfərrüatları verilmişdir: Fars tərəfdən gələn bir qövm belə deyəcək: Ey ərəblər! Siz çox təəssübkeşsiniz! Siz bunların haqqını tapdalasanız, sizinlə heç kim birlik qurmayacaq... Bir gün onlara, bir gün isə sizə verilsin, hər iki tərəf vədinə əməl etsin...“ Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağıya- ovalığa enəcəklər... Müşriklər qarşı tərəfdəki Rakabe adlanan qapqara bir çayın kənarında dayanacaqlar... Aralarında müharibə olacaq: Allah iki ordudan heç birinə qələbə qazandırmayacaq... (Kıyamet Alametleri, səh. 179)
Views: 450 Yaradilis Az
Bitkilər aləmi - Qızıl yetişdirən ağac
 
01:36
Nature Communications” elmi jurnalında dərc olunan məqalədə elm adamlarının evkalipt yarpaqlarında 8 mikrometr ölçüsündə qızıl zərrəcikləri aşkar etdikləri bildirilib. Qızılın torpaqdan ağacın kökləri vasitəsi ilə sorulduğu və su ilə yarpaqlara qədər hərəkət etdiyi bildirilib. Elm adamları tədqiqatlarını qərbi Avstraliyanın Freddo bölgəsində dərinləşdirib. Buradakı evkalipt yarpaqlarında qızılın miqdarının digər bölgələrdəkinə nisbətən 800 dəfə çox olduğu bildirilib. Elm adamları yarpaqlardan qızıl əldə etməyin çətin olduğunu da vurğulayıblar. Çünki 100 ton evkalipt yarpağından cəmi 8 qram qızıl əldə edilə bilir.
Views: 745 Yaradilis Az
Gözəl mövzular - "Həvəslənmək" və "həqiqətən istəmək" fərqli hisslərdir
 
03:21
Bəzi insanlar gördükləri hər gözəl şeyə həvəslənirlər. Bəyəndikləri bir şeylə qarşılaşdıqları zaman həyəcanla dərhal bir addım atırlar. Lakin sonra qərarlı olub davam edə bilmirlər. Cəmiyyətdə bu cür dərhal həvəslənən, sonra tez həvəsdən düşən insanlara çox rast gəlinir. Həyatın bir çox sahələrində ortaya çıxan bu cür münasibət insanların xarakterinə çevrilmişdir. Cəmiyyət tərəfindən normal qəbul edilən bu xarakter insanın özünü müsbət yöndə inkişaf etdirməsinə, əxlaqını daha da gözəlləşdirməsinə mane olur. Allah insanda gözəlliklərə qarşı qibtə və istək hissi yaratmışdır. Gözəl bir şeylə qarşılaşdıqda bu gözəlliyə çatana qədər cəhd etmək və iradə göstərmək əsasdır. Başqa sözlə, insanın hər hansı bir məsələdə həvəsli olması gözəldir, lakin kifayət deyil. İnsan lazımi nəticəni əldə etmək üçün həmin şeyi çox istəməlidir. Bu istək də mütləq Allah rizası üçün olmalıdır. İnsana hər cür çətinlikdə səbirlə irəliləmək gücünü ancaq Allah'ın rizasını qazanmaq istəyi verə bilər. Allah’a çox yaxın dost olmaq, Allah'ın ən sevdiyi qullarından olmaq, qədəri anlamaq, təvəkkülü yaşamaq, kamil imana çatmaq, daha çox sevmək, daha gözəl əxlaqlı olmaq kimi xüsusiyyətlər ancaq Allah rizası üçün çox istəyib, çox əmək sərf etməklə əldə edilə bilər. Allah qullarının keçici həvəs yoxsa səmimi istək içərisində olduqlarını bilir və qullarının bu tələbləri nisbətində onların cəhdlərinə qarşılıq verir. Başqa sözlə, əgər bir insan hər hansı bir məsələdə istədiyi nəticəni ala bilmirsə, əvvəlcə, buradakı niyyətinə və cəhdinə diqqət yetirməlidir. Niyyətini nəzərdən keçirməli, həqiqətən, Allah rizası üçün çox istəyərək və bütün səbəblərə sarılaraq əlindən gələn hər cəhdi göstərib-göstərmədiyinə baxmalıdır. Əlbəttə ki, Allah hikmətlə və imtahanın tələbi olaraq çox istəyən birisinin cəhdinə də onu sınamaq üçün fərqli qarşılıq verə bilər. Mömin bu həqiqəti bilər, amma bu vəziyyətdən əmin olmadığı üçün mütləq daha səmimi olmağa və daha çox cəhd etməyə niyyət edər. Allah Quranda həqiqətən çox istəyərək Allah rizası üçün səmimi cəhd edənlərin qarşılığını mütləq alacaqlarını belə bildirmişdir: İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir. (Nəcm surəsi, 39-41) Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19) Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan surəsi, 1) (Onlara deyiləcəkdir): "Həqiqətən, bu, sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir". (İnsan surəsi, 22)
Views: 469 Yaradilis Az
Namaz qılmayanların hökmü  | постановление о тех кто не совершает намаз
 
02:58
Müsəlmanlar Islamı yaşayarkən Qurana və peyğəmbərimizin (s ə s) sünnəsinə uyğun davranmalıdırlar. Bəzi insanlar Qurana deyil, atalarından görüb-eşitdiklərinə inanırlar. Halbuki, Qurandakı bütün hökmlər açıq-aydındır və müsəlmanlar üçün qaneedicidir. Allah Quranda hər şeyi bildirmişdir.
Views: 1314 Yaradilis Az
Ramil Rüstəmov - Çətinlik anlarında nəfsin və vicdanın səsi
 
03:55
Hər insan çətinlik və ya sıxıntı ilə üzləşdikdə içindən iki fərqli səs eşidir. Bunlardan biri fədakarlığı, cəsarəti, gözəl əxlaqı və həmişə Allahın rizasına uyğun davranmağı əmr edən vicdanın səsidir. Bu səsi dinləyən insan həmişə Allahın razılığına uyğun davranar, səbir və təvəkkül edər. İkinci səs isə “Yusif” surəsinin 53-cü ayəsində də bildirildiyi kimi, pis işləri əmr edən nəfsin səsidir. Bu səs insana üsyanı, fasiqliyi, eqoistliyi və qorxaqlığı pıçıldayır. Bu səsi dinləyənlər böyük itkiyə məruz qalır, nəfsə təsir edən şeytanı özlərinə dost tuturlar. İnsanların nəfslərinə tabe olaraq necə böyük itkiyə məruz qaldıqlarını anlamaq üçün şeytanın bu insanlar üzərindəki təsirinin necə olduğunu da bilmək lazımdır. Quranda bu barədə ətraflı məlumat verilir və möminlər şeytanın tələlərinə qarşı xəbərdar edilirlər. Allah hz. Adəmi yaratdıqda mələklərə və şeytana ona səcdə etməyi əmr etmişdir. Bu zaman mələklər hz. Adəmin qarşısında səcdə etmiş, ancaq şeytan qürur və təkəbbürünə görə onun önündə əyilməkdən boyun qaçırmışdır. Bu üsyanına görə Cənnətdən qovulan şeytan Allahdan qiyamət gününə qədər möhlət istəmişdir. Allah ona bu müddəti vermiş, ancaq iman gətirən qullarına əsla təsir edə bilməyəcəyini bildirmişdir. Şeytan ona verilən möhlət ərzində insanları müxtəlif vədlər, yalanlar və tələlərlə aldadıb doğru yoldan azdıracağına dair and içmişdir.
Views: 868 Yaradilis Az